Məktəbdə bədbəxt hadisə Müəllim və şagirdlər yaralandı
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Dekabrın 6-da Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin kimya kabinetində 11-ci sinifdə keçirilən dərs zamanı sınaq şüşəsi çatlayaraq sınıb.
"Unikal" xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, buna səbəb təcrübə aparılarkən kimyəvi reaksiya ilə əlaqədar olaraq yaranan qızma olub.
Bu zaman fənn müəllimi və 4 şagird yüngül xəsarət alıb.
Dərhal təcili tibbi yardıma müraciət olunub, müəllim və şagirdlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Qeyd edirik ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən pedaqoji heyət və şagirdlərin sağlamlığı və təhlükəsizliyinə həssaslıqla yanaşılır. Bu istiqamətdə təhsil müəssisələrinin rəhbərlərinə mütəmadi olaraq müvafiq tapşırıqlar verilir.
Baxış sayı:70
Bu xəbər 06 Dekabr 2024 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















