Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
"Pedaqoji müəssisələrin getdikcə publik hüquqi şəxsə çevrilməsi ilə yanaşı, eyni zamanda müxtəlif əyani xidmətlərin həyata keçirilməsinin şahidi oluruq.
Qanunvericiliyə edilmiş dəyişikliklərə müsbət tərəfdən baxsaq, bu, məktəbəhazırlığın təşkili ilə bağlı əhatənin genişlənməsinə gətirib çıxara bilər.
Lakin məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qruplarını təşkil etmək absurddur".Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
O bildirib ki, məktəbdənkənar təhsil müəssisələrinin təyinatı tamamilə başqadır:"Bu müəssisələr daha çox şagirdlərin yaradıcı qabiliyyətlərinin – incəsənət, idman, musiqi və s.
– inkişaf etdirilməsi üçün nəzərdə tutulub. Məktəbəhazırlıq isə məktəbəqədər təhsilin bir mərhələsidir.
Hal-hazırda hər il orta hesabla 130 minə yaxın beşyaşlı uşaq məktəbəhazırlığa cəlb olunmalıdır.
Bunların təxminən 90%-i ümumtəhsil məktəblərində, kiçik bir qismi isə məktəbəqədər təhsil müəssisələrində iştirak edir.Lakin biz hazırda məktəbəhazırlığı ümumtəhsil məktəblərində qanunvericiliyin tələblərini pozmaqla həyata keçiririk.