Icma.az
close
up
RU
Məktəbəhazırlıq yalnız bu sahə üzrə təhsil almış şəxslər tərəfindən həyata keçirilsin TƏKLİF

Məktəbəhazırlıq yalnız bu sahə üzrə təhsil almış şəxslər tərəfindən həyata keçirilsin TƏKLİF

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"Pedaqoji müəssisələrin getdikcə publik hüquqi şəxsə çevrilməsi ilə yanaşı, eyni zamanda müxtəlif əyani xidmətlərin həyata keçirilməsinin şahidi oluruq. Qanunvericiliyə edilmiş dəyişikliklərə müsbət tərəfdən baxsaq, bu, məktəbəhazırlığın təşkili ilə bağlı əhatənin genişlənməsinə gətirib çıxara bilər. Lakin məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qruplarını təşkil etmək absurddur".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib. 
O bildirib ki, məktəbdənkənar təhsil müəssisələrinin təyinatı tamamilə başqadır:
"Bu müəssisələr daha çox şagirdlərin yaradıcı qabiliyyətlərinin – incəsənət, idman, musiqi və s. – inkişaf etdirilməsi üçün nəzərdə tutulub. Məktəbəhazırlıq isə məktəbəqədər təhsilin bir mərhələsidir. Hal-hazırda hər il orta hesabla 130 minə yaxın beşyaşlı uşaq məktəbəhazırlığa cəlb olunmalıdır. Bunların təxminən 90%-i ümumtəhsil məktəblərində, kiçik bir qismi isə məktəbəqədər təhsil müəssisələrində iştirak edir.
Lakin biz hazırda məktəbəhazırlığı ümumtəhsil məktəblərində qanunvericiliyin tələblərini pozmaqla həyata keçiririk. Bu prosesə məktəbəqədər təhsil üzrə ixtisaslaşmış mütəxəssislər cəlb olunmalıdır. Qeyri-rəsmi məlumatlara görə, 20 minə yaxın mütəxəssis sahəsi üzrə işləmir. Biz təklif edirik ki, məktəbəhazırlıq yalnız bu sahə üzrə təhsil almış şəxslər tərəfindən həyata keçirilsin. Çünki bu işin təşkili üçün Nazirlər Kabinetinin 8 yanvar 2010-cu il tarixli, 4 nömrəli qərarı mövcuddur və əsas məqsəd uşaqları məktəb həyatına psixoloji, fiziki və sosial baxımdan hazırlamaqdır".
Ekspert qeyd edib ki, biz ümumtəhsil məktəblərində bunu həyata keçirə bilmirik:
"Burada söhbət məktəbəqədər təhsildən gedir və bu təhsil ayrı ixtisas, ayrıca yanaşma tələb edir. Bu məsələ ilə bağlı daha ciddi addımlar atılmalı, özəl sektora dəstək verilməlidir. Yeni bağçaların yaradılması və məktəbəqədər müəllimlərin hazırlanmasına yardım edilməlidir. Sonda bir daha qeyd etmək istəyirəm ki, məktəbəqədər təhsil və məktəbdənkənar təhsil tamamilə fərqli istiqamətlərdir. Onların bir-birinin yerinə təqdim olunması təhsilin ciddiyyətinə ziddir".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 İyul 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri