Məktəblərdə qiymət problemi: “Necə olur ki, ilboyu dərs keçmirik, ancaq sualları...” | Icm…
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir. Məktəblərdə summativ qiymətlədirmə kiçik və böyük olmaqla iki formada aparılır.
Summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir və nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur.
Kiçik summativ qiymətləndirmə (KSQ) vasitələri fənni tədris edən müəllim, böyük summativ qiymətləndirmə (BSQ) vasitələri isə ümumi təhsil müəssisələri rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır.
Qeyd edək ki, böyük summativ qiymətləndirmədə asan və çətinliyindən asılı olmayaraq, proqram öz əksini tapır.
Ancaq problem ondan ibarətdir ki, şagirdlər daha çətin sulları cavablandırsalar da, bəzən asan sullara cavab yaza bilmirlər.
Bunu isə onunla əlaqələndirirlər ki, məktəbdə tədris olunmur, repetitor isə onları yalnız DİM-in proqramı əsasında hazırlayır.
Nəticədə isə şagirdlər çox sadə suallara cavab tapmaqda çətinlik çəkirlər.
Təhsil üzrə ekspert Elmin Nuri “Cebheinfo.az”-a bildirib ki, böyük summativ qiymətləndirmədə (BSQ) düşən sualların çətinlik dərəcəsi ilə bağlı istər sosial şəbəkələrdə, istər məktəb daxilində, valideynlər arasında, xüsusi qruplarda xeyli narazılıqlar özünü göstərir: “Onları da bir tərəfdən haqlı, digər tərəfdən haqsız da saymaq olar.
Tam oxu
Xəbəri oxu