Icma.az
close
up
RU
Məktəblərdə qiymət problemi: “Necə olur ki, ilboyu dərs keçmirik, ancaq sualları...”

Məktəblərdə qiymət problemi: “Necə olur ki, ilboyu dərs keçmirik, ancaq sualları...”

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Məktəblərdə summativ qiymətlədirmə kiçik və böyük olmaqla iki formada aparılır. 

Summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir və nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur. 

Kiçik summativ qiymətləndirmə (KSQ) vasitələri fənni tədris edən müəllim, böyük summativ qiymətləndirmə (BSQ) vasitələri isə ümumi təhsil müəssisələri rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır. 

Qeyd edək ki, böyük summativ qiymətləndirmədə asan və çətinliyindən asılı olmayaraq, proqram öz əksini tapır. Ancaq problem ondan ibarətdir ki, şagirdlər daha çətin sulları cavablandırsalar da, bəzən asan sullara cavab yaza bilmirlər. Bunu isə onunla əlaqələndirirlər ki, məktəbdə tədris olunmur, repetitor isə onları yalnız DİM-in proqramı əsasında hazırlayır. 

Nəticədə isə şagirdlər çox sadə suallara cavab tapmaqda çətinlik çəkirlər. 

Təhsil üzrə ekspert Elmin Nuri “Cebheinfo.az”-a bildirib ki, böyük summativ qiymətləndirmədə (BSQ) düşən sualların çətinlik dərəcəsi ilə bağlı istər sosial şəbəkələrdə, istər məktəb daxilində, valideynlər arasında, xüsusi qruplarda xeyli narazılıqlar özünü göstərir:

“Onları da bir tərəfdən haqlı, digər tərəfdən haqsız da saymaq olar. Məsələ ondan ibarətdir ki, BSQ-yə salınan suallar Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan tədris proqramının məzmun standartlarına uyğundur. Yəni hüquqi baxımdan deyə bilmərik ki, niyə bu sual var? Çünki həmin məzmun standartlarını əhatə edir.

Burada problem nədir? BSQ-yə qədər məktəblərdə keçirilən dərslər, onların məzmunu həmin bu məzmun standartları ilə ayaqlaşmır. 

Problem burada yaranır. Məktəblər ETN və onun bazasında olan Təhsil İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış, bütün məktəblər üçün yazılmış məzmun proqramına daha isti yanaşmalıdırlar. 

Müəllimlərdən, pedoqoji heyətdən əsas tələb dərslərin həmin məzmun proqramlarına yaxın şəkildə tədrisidir. Necə olur ki, ilboyu məzmun proqramlarına uyğun dərs keçmirik, ancaq suallar tam məzmun proqramının eynisidir? Elə asan sual var ki, ona cavab verilmir, elə çətin sual var ki, ona cavab verilir”. 

O bildirib ki, Dövlət İmtahan Mərkəzi  (DİM) qəbul imtahanının suallarını orta məktəblərin məzmun standartlarına uyğun hazırlayır: 

“Doğrudur, qəbulda hansısa bir proqram tam əhatə olunmaya bilər. 

Ancaq Təhsil İnstitutunun rəsmi saytında həmun məzmun standartları öz əksini tapır. DİM-in hazırladığı bütün suallar həmin məzmun standartlarına uyğundur. Repetitorlar da uşaqları DİM-in tələb prinsiplərinə uyğun hazırlayırlar. 

Deməli, onlar məzmun şəklinə daha yaxın şəkildə öz işlərini qururlar. Bu səbəbdən də repetitorun məzmun standartına uyğun hazırladığı, izah etdiyi mövzuya aid suala cavab verilir, ancaq imtahana düşməyən mövzular üzrə suallara cavab verilmir. Yenə də ortada bir boşluq yaranır. Burada məsələnin günahkar tərəfi nə DİM, nə də repetitordur. Məsələnin boşluq tərəfi məktəblərimizdir”. 

Ekspert bildirib ki, məktəb məzmun standartları istiqamətində tədrisi təmin etsə, şagird BSQ-də, buraxılış imtahanlarında nə çox çətinliyə düşər, nə də suallardan şikayətçi olar. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Yanvar 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri