Məktəblərdə yeni sistem: adambaşına maliyyə nə deməkdir? | Icma.az
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq. Adambaşına maliyyələşmə sisteminə keçid Azərbaycan təhsil sistemində mühüm bir islahat olaraq
Bu yanaşma hər bir şagird üçün müəyyən edilmiş maliyyə norması əsasında məktəblərin maliyyələşdirilməsini nəzərdə tutur.
Bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov növbəti ildə 10 ümumitəhsil müəsisəsinin pilot qaydada adambaşına maliyyələşməyə keçməsinə aydınlıq gətirərkən deyib.
O bildirib ki, məktəbin maliyyə vəsaitləri onun şagirdlərinin sayına uyğun olaraq təyin ediləcək: “Yeni sistemin tətbiqi ilə resursların optimal bölüşdürülməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəblər arasında sağlam rəqabətin təşviqi gözlənilir.
Hazırkı maliyyələşmə modelində vəsaitlər məktəbin ölçüsü, müəllimlərin sayı və ümumi xərclər əsasında bölüşdürülür ki, bu da bəzi hallarda resursların qeyri-bərabər paylaşılmasına gətirib çıxarır.
Məsələn, az şagirdli məktəblər həddindən artıq vəsait alarkən, şagird sayı çox olan məktəblər resurs çatışmazlığı ilə üzləşir.
Adambaşına maliyyələşmə bu problemləri həll etməklə yanaşı, məktəbləri öz büdcələrini daha səmərəli idarə etməyə təşviq edəcək.
Bu yanaşma məktəb rəhbərliyinə daha çox müstəqillik və məsuliyyət verərək, təhsilin idarəedilməsində yeni bir dövrün başlanğıcını qoyacaq.
Tam oxu
Xəbəri oxu