Icma.az
close
up
RU
Məktəblərdə yeni sistem: adambaşına maliyyə nə deməkdir?

Məktəblərdə yeni sistem: adambaşına maliyyə nə deməkdir?

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Adambaşına maliyyələşmə sisteminə keçid Azərbaycan təhsil sistemində mühüm bir islahat olaraq qəbul edilir. Bu yanaşma hər bir şagird üçün müəyyən edilmiş maliyyə norması əsasında məktəblərin maliyyələşdirilməsini nəzərdə tutur.

Bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov növbəti ildə 10 ümumitəhsil müəsisəsinin pilot qaydada adambaşına maliyyələşməyə keçməsinə aydınlıq gətirərkən deyib.

O bildirib ki, məktəbin maliyyə vəsaitləri onun şagirdlərinin sayına uyğun olaraq təyin ediləcək:

“Yeni sistemin tətbiqi ilə resursların optimal bölüşdürülməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəblər arasında sağlam rəqabətin təşviqi gözlənilir. Hazırkı maliyyələşmə modelində vəsaitlər məktəbin ölçüsü, müəllimlərin sayı və ümumi xərclər əsasında bölüşdürülür ki, bu da bəzi hallarda resursların qeyri-bərabər paylaşılmasına gətirib çıxarır. Məsələn, az şagirdli məktəblər həddindən artıq vəsait alarkən, şagird sayı çox olan məktəblər resurs çatışmazlığı ilə üzləşir. Adambaşına maliyyələşmə bu problemləri həll etməklə yanaşı, məktəbləri öz büdcələrini daha səmərəli idarə etməyə təşviq edəcək. Bu yanaşma məktəb rəhbərliyinə daha çox müstəqillik və məsuliyyət verərək, təhsilin idarəedilməsində yeni bir dövrün başlanğıcını qoyacaq. Bu sistem, həmçinin məktəblərin fəaliyyətini şəffaflaşdıraraq, onların hesabatlılığını artıracaq. Məktəblər daha çox şagird cəlb etmək üçün təhsilin keyfiyyətini artırmağa çalışacaq, bu da tədrisin ümumi səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər. Bununla yanaşı, adambaşına maliyyələşmə resursların bərabər paylanmasını təmin etməklə kənd və şəhər məktəbləri arasındakı fərqləri azalda bilər”.

Ekspertin sözlərinə görə, bu yanaşma bəzi çətinliklərə də səbəb ola bilər:

“Az şagirdli kənd məktəbləri kifayət qədər maliyyə vəsaiti əldə etməz ki, bu, həmin məktəblərdə tədris keyfiyyətinə mənfi təsir göstərə bilər. Bu problemi aradan qaldırmaq üçün dövlət tərəfindən əlavə dəstək mexanizmlərinin yaradılması vacibdir.

Digər tərəfdən, məktəb rəhbərlərinin yeni maliyyələşmə sisteminə uyğunlaşması üçün əlavə təlimlərə ehtiyac olacaq. İdarəetmə bacarıqları zəif olan məktəblər yeni şərtlər altında çətinlik çəkə bilər, bu isə təhsilin keyfiyyətinə mənfi təsir göstərər. Məktəblərin yalnız daha çox şagird cəlb etməyə çalışaraq, qəbul meyarlarını yumşaltması da potensial problemlərdən biridir. Bu səbəbdən keyfiyyət və kəmiyyət arasında tarazlığı qorumaq üçün dəqiq nəzarət mexanizmləri tətbiq olunmalıdır”.

O, pilot layihənin 10 ümumitəhsil müəssisəsində həyata keçirilməsinin səbəblərinə də aydınlıq gətirib:

“Bu mərhələdə yeni sistemin üstünlükləri və çatışmazlıqları üzə çıxarılmalı, təhsil müəssisələrinin fəaliyyətində baş verən dəyişikliklər təhlil edilməlidir. Şagird sayı az və çox olan məktəblərin maliyyə göstəricilərinin müqayisəsi, həmçinin idarəetmə səmərəliliyinin artırılması üçün mexanizmlərin yaradılması vacibdir.

Çətinlikləri aradan qaldırmaq üçün davamlı monitorinq və dəqiq strateji yanaşma tələb olunur”.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev növbəti ildə 10 ümumtəhsil müəssisəsinin pilot qaydada adambaşına maliyyələşməyə keçəcəyini elan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://axar.az
archiveBu xəbər 21 Noyabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri