Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə başçısının ötən həftə paytaxtın nəqliyyat infrastrukturu ilə əlaqədar təsdiqlədiyi dövlət proqramı bu istiqamətdə bir sıra mövzuları gündəmə gətirdi.
Avtosfer.az xəbər verir ki, Prezident İlham Əliyevin tərəfindən yanvarın 30-u imzalanan “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamda həyata keçirilməsi nəzərdə tutulan bir sıra məsələlər qeyd edilib.
Bunlardan biri də məktəblərə şagirdləri daşıyacaq avtobusların ayrılmasıdır.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, Bakıda məktəblərin eyrləşmə arialını, eləcə də şagirdlərin məktəblərə axınını nəzərdən keçirsək görərik ki, əsasən uzaq məsafələrdən gələn məktəblilər fərdi avtomobillə aparılıb-gətirilir: “Bütün bu məsələlər şəhərin bir çox hissələrində tıxaclara səbəb olur.
Bəs niyə bir neçə il əvvəl qəbul edilən qərar hələ də edilmir?
Qərara əsasən, şagird məktəbə qəbul edilərkən onun həmin əraziyə yaxın yaşaması nəzərə alınır.
Bəzi direktorlar vətəndaşlara izah edir ki, əgər yaşadıqları yer məktəbə yaxındırsa, sənəd təqdim etsinlər. Bu, yaxşı haldır.