Icma.az
close
up
RU
Məktəblərə avtobus verilməsi tıxac problemini həll edəcək? EKSPERT YENİLİKLƏRDƏN DANIŞDI VİDEO

Məktəblərə avtobus verilməsi tıxac problemini həll edəcək? EKSPERT YENİLİKLƏRDƏN DANIŞDI VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə başçısının ötən həftə paytaxtın nəqliyyat infrastrukturu ilə əlaqədar təsdiqlədiyi dövlət proqramı bu istiqamətdə bir sıra mövzuları gündəmə gətirdi.

Avtosfer.az xəbər verir ki, Prezident İlham Əliyevin tərəfindən yanvarın 30-u imzalanan “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamda həyata keçirilməsi nəzərdə tutulan bir sıra məsələlər qeyd edilib. Bunlardan biri də məktəblərə şagirdləri daşıyacaq avtobusların ayrılmasıdır.

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, Bakıda məktəblərin eyrləşmə arialını, eləcə də şagirdlərin məktəblərə axınını nəzərdən keçirsək görərik ki, əsasən uzaq məsafələrdən gələn məktəblilər fərdi avtomobillə aparılıb-gətirilir:

“Bütün bu məsələlər şəhərin bir çox hissələrində tıxaclara səbəb olur. Bəs niyə bir neçə il əvvəl qəbul edilən qərar hələ də edilmir? Qərara əsasən, şagird məktəbə qəbul edilərkən onun həmin əraziyə yaxın yaşaması nəzərə alınır. Bəzi direktorlar vətəndaşlara izah edir ki, əgər yaşadıqları yer məktəbə yaxındırsa, sənəd təqdim etsinlər. Bu, yaxşı haldır. Valideynin iş yeri məktəbə yaxındırsa, övladını məktəbə öz avtomobili ilə yola salır və işinə gedir. Lakin bu əməli başqa niyyətlərlə edənlər də olur. Haradansa bir arayış tapıb məktəbə verirlər, məktəb də uşağı qeydiyyata alır. Bu məsələlərə Elm və Təhsil Nazirliyi diqqətli yanaşmalıdır. Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq edilməsi mütləqdir. Eləcə də məktəbli avtobusları üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əməkdaşlıq edilməlidir. Hansı məktəblərə məktəbli avtobusunun zəruriliyi məsələsi müzakirə olunmalıdır”.

Elməddin Muradlı həmçinin qeyd edib ki, məktəbli avtobuslarının təşkilində dövlət-özəl sektor əməkdaşlığı mütləqdir:

“Məktəbli avtobuslarının təşkili fikrini həyata keçirərkən diqqət etsək, görərik ki, bu addım atılarsa, bir neçə yeni iş yeri açılacaq. Həm sürücülər üçün, həm bələdçilik, həm sistemin qurulması və s.

Lakin bir məqamı da diqqətdən qaçırmaq olmaz. Məktəblər 9 ay fəaliyyət göstərir və növbəti 3 ayda dərslər olmur. Avtobusları təşkil edən şirkət belə olan halda həmin 3 ay ərzində yenə də sürücüsünə də, texniki işçilərinə və digərlərinə də maaş verməyə məcburdur. Buna görə də məktəblərdə dərslər olmayan dövrlərdə şirkətlərə ziyan dəyməməsi üçün qeyd edilən məsələlər öz həllini tapmalıdır. Elm və Təhsil Nazirliyi öz işini müzakirələr əsasında qurmalıdır”.

Nəqliyyat ekspertinin məktəbli avtobuslarının təşkili ilə bağlı şərh etdiyi həmin videonu sizə təqdim edirik:

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 Fevral 2025 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri