Məktəblərə elektron jurnal da gəlir: Bəs təhsil nə vaxt gələcək? | Icma.az
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Sentyabr ayından orta məktəblərdə kağız jurnalların istifadəsi dayandırılacaq”.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Keyfiyyətə Nəzarət və Monitorinq Sektorunun müdiri Fidan Nəcəfova bildirib.
O deyib ki, rəqəmsallaşmanın məqsədi kağız vasitələrindən istifadənin azaldılması və şəffaflığın artırılmasıdır: "Rəqəmsallaşma kağız jurnalların ləğvinə gətirib çıxaracaq.
Hazırda 426 təhsil müəssisəsində elektron jurnal tətbiq edilir.
Əgər “Rəqəmsal Məktəb” platforması pilot dövrünü uğurla başa çatdırarsa, planlaşdırılır ki, sentyabrdan kağız jurnallar tamamilə ləğv olunsun.
Rəqəmsallaşmanın məqsədi kağız vasitələrindən istifadənin azaldılması və şəffaflığın artırılmasıdır".
Maraqlıdır, sentyabrda bütün orta məktəblərdə elektron jurnalla keçid təmin olunacaq?
Tam oxu
Xəbəri oxu