Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Məktəblərə elektron jurnal da gəlir: Bəs təhsil nə vaxt gələcək?

Məktəblərə elektron jurnal da gəlir: Bəs təhsil nə vaxt gələcək?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Sentyabr ayından orta məktəblərdə kağız jurnalların istifadəsi dayandırılacaq”.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Keyfiyyətə Nəzarət və Monitorinq Sektorunun müdiri Fidan Nəcəfova bildirib.

O deyib ki, rəqəmsallaşmanın məqsədi kağız vasitələrindən istifadənin azaldılması və şəffaflığın artırılmasıdır:

"Rəqəmsallaşma kağız jurnalların ləğvinə gətirib çıxaracaq. Hazırda 426 təhsil müəssisəsində elektron jurnal tətbiq edilir. Əgər “Rəqəmsal Məktəb” platforması pilot dövrünü uğurla başa çatdırarsa, planlaşdırılır ki, sentyabrdan kağız jurnallar tamamilə ləğv olunsun. Rəqəmsallaşmanın məqsədi kağız vasitələrindən istifadənin azaldılması və şəffaflığın artırılmasıdır".

Maraqlıdır, sentyabrda bütün orta məktəblərdə elektron jurnalla keçid təmin olunacaq?

Sözügedən mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, elektron jurnal təhsil sisteminə müasirlik və innovasiya gətirəcək, eləcə də şəffaflığı artıracaq:

“Məhz orta məktəblərdə elektron jurnalın tətbiqinə dair monitorinqlərin aparılmasına ciddi ehtiyac var. Bu gün kağız jurnallardan fərqli olaraq, elektron jurnallar təhsil prosesinin rəqəmsallaşdırılması istiqamətində mühüm addımlardan biridir və müasir idarəetmə baxımından faydalı bir alət kimi təqdim olunur. 

Onların əsas funksiyası dərs cədvəllərinin, davamiyyətin, qiymətləndirmə nəticələrinin və şagird haqqında digər məlumatların sistemləşdirilmiş şəkildə qeydiyyatını və monitorinqini təmin etməkdir.

Lakin tətbiqi praktikasında nəzərəçarpacaq üstünlüklərlə yanaşı, ciddi çatışmazlıqlar da mövcuddur. Təəssüf ki, Elm və Təhsil Nazirliyi bu sistemin bütün məktəblərdə effektiv və şəffaf tətbiqi üçün konkret plan, “yol xəritəsi” və real icra monitorinqi təqdim etmir. Elektron jurnal məsələsində də strategiyasızlıq açıq görünür.

Ən böyük üstünlüklərdən biri şəffaflıq və operativlikdir. Valideynlər real vaxtda övladlarının davamiyyətini, qiymətlərini və müəllimlərlə əlaqəni izləyə bilir.

Bu, xüsusilə valideyn-məktəb münasibətlərində daha açıq kommunikasiya yaradır. Bundan əlavə, məktəb rəhbərliyi dərslərin keçirilib-keçirilmədiyini, qiymətləndirmə meyarlarının tətbiqini, fənn üzrə aktivliyi izləyə bilir və bu, tədrisin keyfiyyətinə nəzarətdə müəyyən qədər effektivlik yaradır.

Eyni zamanda, bu cür rəqəmsal platformalar məktəbdaxili hesabatların hazırlanmasını asanlaşdırır, illik statistik hesabatların avtomatlaşdırılmasına imkan verir”.

Onun sözlərinə görə, elektron jurnalın tətbiqi müəllimlərə əlavə yük və infrastruktur problemləri yaradır:

“Lakin bu sistemin tətbiqində bir sıra çatışmazlıqlar və real sahə problemləri də var. Birincisi, müəllimlərin texnoloji hazırlığı bu keçid üçün bərabər səviyyədə deyil.

Xüsusilə region məktəblərində çalışan, yaşca böyük və rəqəmsal bacarıqları məhdud olan müəllimlər üçün elektron jurnal əlavə yük və psixoloji stress mənbəyinə çevrilir.

Onların fikrincə, bu sistem dərsin keyfiyyətini artırmaqdan daha çox sənəd dövriyyəsinə yönəlmişdir və əlavə vaxt itkisi yaradır. Hətta bəzi müəllimlər dərs saatlarından sonra jurnala məlumat daxil etmək üçün vaxt sərf edir, bu isə onların motivasiyasını və işə yanaşmasını mənfi təsirləndirir.

İkincisi, internet və texniki infrastrukturun qeyri-bərabərliyidir. Azərbaycanın 4 500-dən çox məktəbi var və onlardan çoxu kənd və ucqar ərazilərdə yerləşir. Bu məktəblərin bir hissəsində internet bağlantısı zəifdir, hətta kompüter və printer təminatı belə yetərli deyil.  Elektron jurnal platforması olan “edu.az” sisteminin texniki dayanıqlığı da zaman-zaman problemlərlə üzləşir, sistem çökmələri və yüklənmə xətaları tez-tez müşahidə olunur. 

Bütün bunlar müəllimləri və məktəb rəhbərliklərini kağız jurnalın paralel saxlanmasına məcbur edir ki, bu da ikili iş yükü deməkdir”.

O bildirdi ki, elektron jurnalın tətbiqi qeyri-müəyyəndir, dünya təcrübəsində isə buna dəstək var:

“Qanunvericilik baxımından, “Təhsil haqqında” Qanunun 19-cu maddəsində müasir təhsil mühitinin texnoloji təminatı ilə bağlı ümumi müddəalar qeyd olunsa da, elektron jurnalın hüquqi statusu, tətbiq mexanizmi və məsuliyyət məsələləri açıq şəkildə normativləşdirilməyib. 

Nəticədə məktəblər bu sistemə keçid zamanı təlimatsızlıq, qeyri-müəyyənlik və inzibati təzyiq arasında qalırlar. Elm və Təhsil Nazirliyi sistemin tətbiqində pilot məktəblərin nəticələrini ictimaiyyətlə bölüşmür, müəllimlərin rəyi sorğulanmır və əhatəli təhlil təqdim olunmur. Təlimlər epizodik və formal xarakter daşıyır.

Dünya təcrübəsində isə bu sahədə balanslı modellər tətbiq olunur. Məsələn, Estoniyada elektron jurnallar bütün məktəblərdə istifadə olunur, lakin bu keçid mərhələli şəkildə həyata keçirilib, müəllimlər üçün dəstək mərkəzləri yaradılıb və sistemin təkmilləşdirilməsi üçün mütəmadi rəy mexanizmi formalaşdırılıb.

Eyni zamanda valideyn və şagirdlər üçün mobil tətbiqlər vasitəsilə məlumatlara giriş imkanı yaradılıb. Sinqapur və Cənubi Koreyada isə elektron jurnallar yalnız qiymət və davamiyyəti deyil, həmçinin psixoloji müşahidələri və şagirdin fərdi inkişafını da izləməyə imkan verir. Bu ölkələrdə müəllimlərin əlavə iş yükü qarşılığında maddi və texniki stimullaşdırıcı mexanizmlər tətbiq olunur”.

Ekspert qeyd etdi ki, Azərbaycanda elektron jurnal keçidi üçün plan və resurs çatışmazlığı mövcuddur:

“Azərbaycanda isə bütün məktəblərin elektron jurnala keçidi barədə uzunmüddətli rəsmi “yol xəritəsi” yoxdur. Rəsmilər tərəfindən zaman-zaman bu istiqamətdə “tam keçid planlaşdırılır” tipli açıqlamalar verilsə də, konkret tarix, mərhələlilik, resurs təminatı, müəllim hazırlığı və sistem dayanıqlılığı kimi suallar açıq qalır. 

Bu isə həm müəllimləri, həm məktəb rəhbərliklərini, həm də valideynləri narahat edən qeyri-müəyyən mühit yaradır.Real təsirə gəldikdə isə elektron jurnal təhsilin şəffaflığını artırmaq, valideynlə əlaqəni gücləndirmək üçün faydalı alətdir, lakin bu alətə təzyiq vasitəsi kimi baxmaq, texnoloji hazırlığı olmayan müəllimlərə inzibati yolla tətbiq etdirmək, infrastruktur təmin edilmədən tələb qoymaq sistemi özü-özlüyündə zərərli edir. Dəyişiklik yalnız o zaman faydalıdır ki, ona keçid planlı, resurslu və insan mərkəzli şəkildə həyata keçirilsin.

Elm və Təhsil Nazirliyi bu sahədə ciddi strateji plan hazırlamadan, pilot məktəb nəticələrini ictimaiyyətlə bölüşmədən, müəllim hazırlığını kütləviləşdirmədən və internet-texniki təminat məsələsini həll etmədən ümumi keçid barədə danışmamalıdır.

Əks halda elektron jurnal ideyası modernləşmə yox, mexaniki nəzarət və formal hesabatçılıq vasitəsinə çevriləcək. Təhsil rəqəmsallaşma ilə yox, məzmuna və insana əsaslanan idarəetmə ilə inkişaf edir. Elektron jurnal isə bu idarəetmənin yalnız bir vasitəsidir, məqsədi deyil”.

Gülər 
“Cebheinfo.az”

Açar sözlər: məktəb təhsil elektron jurnal Kamran Əsədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 İyul 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri