Məktəbli formaları dövlət hesabına olacaq? Vacib açıqlama | Icma.az
Icma.az bildirir, Turkstan.az portalına istinadən. Dərs ilinin başlanmasına az qalıb.
Bununla əlaqədar mağazalarda məktəbli forması axtaran valideynlərin sayı artıb.
Xüsusilə bir neçə övladı məktəbə gedən ailələr üçün bu məsələ ciddi maliyyə yükünə çevrilib.
Məktəbli formalarının dövlət hesabına təmin olunması mümkün ola bilərmi?
Globalinfo.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, məktəbli formalarının alınması valideynlər üçün ciddi qayğıdır.
Onun fikrincə, forma əldə etmək artıq illərdir hər bir ailənin büdcəsinə ciddi təsir göstərən amillə çevrilib: “Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024/2025-ci tədris ilində ümumi təhsil müəssisələrində 1,6 milyondan çox şagird təhsil alıb.
Bu o deməkdir ki, təxminən hər iki evdən birində məktəbli var. Üstəlik, çoxsaylı ailələrdə 2-3 övlad eyni vaxtda məktəbə gedir.
Orta hesabla bir məktəbli formasının qiyməti 70-120 manat arasında dəyişir.
Tam oxu
Xəbəri oxu