Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Məktəbli formaları dövlət hesabına olacaq? Vacib açıqlama

Məktəbli formaları dövlət hesabına olacaq? Vacib açıqlama

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Dərs ilinin başlanmasına az qalıb. Bununla əlaqədar mağazalarda məktəbli forması axtaran valideynlərin sayı artıb. Xüsusilə bir neçə övladı məktəbə gedən ailələr üçün bu məsələ ciddi maliyyə yükünə çevrilib.

Məktəbli formalarının dövlət hesabına təmin olunması mümkün ola bilərmi?

Globalinfo.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, məktəbli formalarının alınması valideynlər üçün ciddi qayğıdır. Onun fikrincə, forma əldə etmək artıq illərdir hər bir ailənin büdcəsinə ciddi təsir göstərən amillə çevrilib:

“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024/2025-ci tədris ilində ümumi təhsil müəssisələrində 1,6 milyondan çox şagird təhsil alıb. Bu o deməkdir ki, təxminən hər iki evdən birində məktəbli var. Üstəlik, çoxsaylı ailələrdə 2-3 övlad eyni vaxtda məktəbə gedir. Orta hesabla bir məktəbli formasının qiyməti 70-120 manat arasında dəyişir. Bu rəqəmləri nəzərə aldıqda, üç övladı məktəbə gedən bir ailə üçün yalnız geyim xərci 300 manata qədər arta bilir ki, bu da ölkədə orta aylıq əməkhaqqının təxminən 25 faizinə bərabərdir. Bu yükün sosial nəticələri aydındır: ailələr dərs ili başlamadan əvvəl ciddi maliyyə çətinliyi ilə üzləşir”.

Ekspertin sözlərinə görə, “Təhsil haqqında” Qanunun 13-cü maddəsində dövlətin vəzifələrindən biri kimi təhsilin əlçatanlığının təmin edilməsi xüsusi vurğulanır:

“Məktəbli formasının qanunvericiliklə məcburi olması faktı göstərir ki, bu məsrəf valideynin şəxsi seçimi deyil, dövlətin müəyyən etdiyi bir tələbin nəticəsidir. Deməli, sosial dövlət prinsiplərinə görə, dövlətin bu xərcləri öz üzərinə götürməsi tamamilə əsaslı və qanunauyğundur. Bu addım həm də Azərbaycan Respublikasının Konstitusiyasında əks olunan bərabərlik prinsipinin təhsildə təmin edilməsinə xidmət edər. Dünya təcrübəsi də göstərir ki, məktəbli formalarının təminatı yalnız valideynlərin üzərinə qoyulmur. Türkiyədə dövlət hər tədris ilinin əvvəlində aztəminatlı ailələrə məktəb ləvazimatları ilə yanaşı məktəbli geyimlərinin alınması üçün də yardım göstərir. Böyük Britaniyada bəzi regionlarda yerli idarələr müəyyən gəlir səviyyəsindən aşağı olan ailələrin uşaqlarına forma üçün kupon ayırır. Avstraliyada isə məktəbli geyimləri üçün xüsusi subsidiyalar mövcuddur. Bu modellər Azərbaycanda da tətbiq oluna bilər. Əvvəlcə sosial həssas qruplara, daha sonra mərhələli şəkildə bütün şagirdlərə dövlət dəstəyi göstərmək mümkündür”.

Kamran Əsədov

Kamran Əsədov deyib ki, məktəbli formalarının dövlət hesabına hazırlanması valideynlərin yükünü yüngülləşdirəcək, təhsilin əlçatanlığını artıracaq və sosial ədaləti möhkəmləndirəcək ki, bu da müsbət haldır:

“Bundan başqa, bu addım daxili bazarı da stimullaşdıracaq. Azərbaycan yüngül sənayesinə bu cür dövlət sifarişlərinin verilməsi həm yeni iş yerləri yaradacaq, həm də istehsalın keyfiyyətinə nəzarət imkanını genişləndirəcək. Nəticədə həm valideynlər rahat olacaq, həm də yerli istehsal güclənəcək. Mənfi tərəflər də gözardı edilməməlidir. Bu prosesdə keyfiyyət standartlarına riayət edilməsə, geyimlərin davamlılığı və rahatlığı ilə bağlı problemlər yarana bilər. Digər tərəfdən, dövlət büdcəsinə əlavə xərclərin düşməsi labüddür. Əgər bütün şagirdlər üçün illik orta hesabla 100 manatlıq geyim ayrılarsa, bu, dövlət büdcəsinə yüz milyonlarla manat əlavə yük gətirəcək. Lakin sosial fayda və valideynlərin yükünün azalması bu xərci əsaslandırır. Əlavə olaraq, şəffaf mexanizmlər tətbiq olunmazsa, sifarişlərin bölüşdürülməsində korrupsiya riski ortaya çıxa bilər. Ona görə də Elm və Təhsil Nazirliyi bu prosesdə yalnız maliyyə dəstəyi verməklə kifayətlənməməli, həm də ciddi nəzarət mexanizmləri yaratmalıdır”.

Müsahibimizin fikrincə, Elm və Təhsil Nazirliyinin son illərdə atdığı addımlar göstərir ki, sosial dəstək yönümlü tədbirlər genişlənməkdədir:

“İkinci siniflərdən etibarən dərsliklərin dövlət hesabına verilməsi, məktəblərin mərhələli şəkildə təmir olunması, pedaqoji heyətə dəstək mexanizmlərinin qurulması bunun nümunəsidir. Məktəbli formalarının dövlət tərəfindən qarşılanması isə bu siyasətin davamı ola bilər. Nazirliyin bu istiqamətdə təşəbbüs göstərməsi həm ailələrdə dövlətin qayğısını hiss etdirəcək, həm də təhsilin sosial baza üzərində möhkəmlənməsini təmin edəcək”.

Kamran Əsədov hesab edir ki, məktəbli formalarının dövlət hesabına hazırlanması Azərbaycan təhsilində mühüm sosial addım ola bilər:

“Bu, həm valideynlərin yükünü azaldacaq, həm sosial bərabərliyi gücləndirəcək, həm də təhsilə inamı artıracaq. Eyni zamanda, dövlətin öz üzərinə götürdüyü məsuliyyətlə yerli sənaye arasında sağlam əməkdaşlıq formalaşacaq. Bu təşəbbüs Elm və Təhsil Nazirliyinin təhsil siyasətində sosial ədalət prinsiplərini prioritetə çevirdiyinin sübutu kimi dəyərləndirilə bilər və mütləq şəkildə tərifə layiqdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Sentyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see627

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see299

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see289

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see277

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see271

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see250

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see249

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see243

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see238

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see230

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see227

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see214

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see203

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see202

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see202

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see201

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see194

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see187

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see187

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri