Məktəblilər üçün “Qayıdış” dərsləri

28.11.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qərbi Azərbaycan İcması Qadınlar Şurasının, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” respublika müsabiqəsinin final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə Qərbi Azərbaycan İcma­sının rəhbər heyətinin üzvləri, Milli Məc­lisin deputatları, Elm və Təhsil Nazirliyi­nin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri, mək­təblilər, valideynlər, məktəb rəhbərləri və müəllimlər iştirak ediblər.

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı layihənin əhatə da­irəsi və nəticələri barədə məlumat verib. Bildirilib ki, müsabiqə ölkənin müxtəlif bölgələrindən, Bakı şəhərinin bütün ra­yonlarından, eləcə də Xankəndinin mək­təblilərini əhatə edib. Layihə çərçivəsində təqdim olunan 540 maketə mütəxəssislə­rin baxışı keçirilib. İlkin şərtlərə əsasən, final mərhələsinə 60 maketin çıxarılması nəzərdə tutulsa da, məktəblilərin təqdim etdikləri işlərin yüksək səviyyəsi və fərq­liliyi nəzərə alınaraq 160 layihə final mər­hələsinə seçilib.

Millət vəkili qeyd edib ki, müsabiqə­nin əsas üstünlüklərindən biri məktəblilə­rin hazırladıqları maketlərin, tarixi, coğ­rafi mövqeyi və memarlıq xüsusiyyətləri haqqında ətraflı məlumat vermələridir. Bu, onların mövzuya ciddi yanaşdığını, araş­dırmalar apardığını və Qərbi Azərbaycanın tarixi irsinə maraq göstərdiyini təsdiqləyir. Final mərhələsinə yüksələn 160 layihənin müəllifləri mükafatlandırılacaq. Müsa­biqənin əvvəlki mərhələlərində iştirak et­miş digər məktəblilər isə İcma tərəfindən təşəkkürnamələr təqdim olunacaq. 

Qərbi Azərbaycan İcması İdarə Heyə­tinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli vurğulayıb ki, layihənin əhəmiy­yəti Qərbi Azərbaycana qayıdış ideyasının ölkənin bütün bölgələrində, məktəblilər arasında təbliğinə xidmət etməsidir. Qalib layihələr dekabrın 4-də keçiriləcək Qər­bi Azərbaycan İcmasının IV Beynəlxalq Konfransı çərçivəsində nümayiş etdirilə­cək. 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov layihənin gənc nəslin formalaş­ması, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və vətənpərvərlik tərbiyəsi baxımından əhəmiyyətini qeyd edib. Bil­dirib ki, vətənpərvərlik ana dilini, xalqın tarixini, mədəniyyətini və milli-mənəvi dəyərlərini dərindən bilməklə formalaşır.

Qərbi Azərbaycanda mövcud olmuş 3500-dən çox tarixi abidənin bir qisminin dağıdıldığını, digər qisminin isə ermənilər tərəfindən mənimsənilərək tarixi kimliyi­nin dəyişdirildiyini də diqqətə çatdırıb. 

Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, professor Misir Mərdanov layihənin təhsil, milli yaddaşın qorunması və gənc nəslin tarixi irsə bağlılığının güc­ləndirilməsi baxımından əhəmiyyətini vur­ğulayıb. Məktəblilərin Qərbi Azərbaycanın tarixi abidələrini araşdıraraq onların maket­lərini hazırlamasını təqdirəlayiq təşəbbüs kimi qiymətləndirərək qeyd edib ki, belə layihələr uşaqlarda tarixə maraq oyatmaqla yanaşı, onların milli kimlik şüurunun for­malaşmasına və tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsinə xidmət edir. 

Tədbirin sonunda müsabiqənin qalib­lərinə mükafatlar təqdim olunub. Məktəb­lilərin hazırladıqları maketlər Qərbi Azər­baycanın zəngin tarixi-memarlıq irsinin tanıdılması, tarixi yaddaşın qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm təşəbbüs kimi qiymətləndirilib.

Ləman TƏHMƏZ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью