Məktəblilər üçün “Qayıdış” dərsləri
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qərbi Azərbaycan İcması Qadınlar Şurasının, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” respublika müsabiqəsinin final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə Qərbi Azərbaycan İcmasının rəhbər heyətinin üzvləri, Milli Məclisin deputatları, Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri, məktəblilər, valideynlər, məktəb rəhbərləri və müəllimlər iştirak ediblər.
Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı layihənin əhatə dairəsi və nəticələri barədə məlumat verib. Bildirilib ki, müsabiqə ölkənin müxtəlif bölgələrindən, Bakı şəhərinin bütün rayonlarından, eləcə də Xankəndinin məktəblilərini əhatə edib. Layihə çərçivəsində təqdim olunan 540 maketə mütəxəssislərin baxışı keçirilib. İlkin şərtlərə əsasən, final mərhələsinə 60 maketin çıxarılması nəzərdə tutulsa da, məktəblilərin təqdim etdikləri işlərin yüksək səviyyəsi və fərqliliyi nəzərə alınaraq 160 layihə final mərhələsinə seçilib.
Millət vəkili qeyd edib ki, müsabiqənin əsas üstünlüklərindən biri məktəblilərin hazırladıqları maketlərin, tarixi, coğrafi mövqeyi və memarlıq xüsusiyyətləri haqqında ətraflı məlumat vermələridir. Bu, onların mövzuya ciddi yanaşdığını, araşdırmalar apardığını və Qərbi Azərbaycanın tarixi irsinə maraq göstərdiyini təsdiqləyir. Final mərhələsinə yüksələn 160 layihənin müəllifləri mükafatlandırılacaq. Müsabiqənin əvvəlki mərhələlərində iştirak etmiş digər məktəblilər isə İcma tərəfindən təşəkkürnamələr təqdim olunacaq.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli vurğulayıb ki, layihənin əhəmiyyəti Qərbi Azərbaycana qayıdış ideyasının ölkənin bütün bölgələrində, məktəblilər arasında təbliğinə xidmət etməsidir. Qalib layihələr dekabrın 4-də keçiriləcək Qərbi Azərbaycan İcmasının IV Beynəlxalq Konfransı çərçivəsində nümayiş etdiriləcək.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov layihənin gənc nəslin formalaşması, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və vətənpərvərlik tərbiyəsi baxımından əhəmiyyətini qeyd edib. Bildirib ki, vətənpərvərlik ana dilini, xalqın tarixini, mədəniyyətini və milli-mənəvi dəyərlərini dərindən bilməklə formalaşır.
Qərbi Azərbaycanda mövcud olmuş 3500-dən çox tarixi abidənin bir qisminin dağıdıldığını, digər qisminin isə ermənilər tərəfindən mənimsənilərək tarixi kimliyinin dəyişdirildiyini də diqqətə çatdırıb.
Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, professor Misir Mərdanov layihənin təhsil, milli yaddaşın qorunması və gənc nəslin tarixi irsə bağlılığının gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Məktəblilərin Qərbi Azərbaycanın tarixi abidələrini araşdıraraq onların maketlərini hazırlamasını təqdirəlayiq təşəbbüs kimi qiymətləndirərək qeyd edib ki, belə layihələr uşaqlarda tarixə maraq oyatmaqla yanaşı, onların milli kimlik şüurunun formalaşmasına və tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Tədbirin sonunda müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub. Məktəblilərin hazırladıqları maketlər Qərbi Azərbaycanın zəngin tarixi-memarlıq irsinin tanıdılması, tarixi yaddaşın qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm təşəbbüs kimi qiymətləndirilib.
Ləman TƏHMƏZ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 28 Noyabr 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















