Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Melaniya Tramp əri Donald Trampa güclü nifrət bəsləyir.
“Cebheinfo.az” “Radar online”-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin bioqrafı Maykl Volf dyib. O, birinci xanımın əri ilə birlikdə nadir hallarda ictimaiyyət qarşısında göründüynü bununla izah edib.
56 yaşlı Melaniya bir neçə həftə ərzində ictimaiyyətin diqqətindən tamamilə uzaq qaldıqdan sonra bu yaxınlarda yenidən diqqət mərkəzinə qayıdıb. Onun qayıdışı prezident komandası daxilindəki münasibətlərə, xüsusən də Donald Trampla tez-tez birlikdə görünən 35 yaşlı köməkçisi Natali Harpa olan marağın artması ilə üst-üstə düşüb.
"O, Trampa dözə bilmir"
Maykl Volf Joanna Coles ilə birlikdə “Inside Trump's Head” podkastında Melaniyanın ərinə qarşı hisslərini müzakirə edib.
Yazıçının sözlərinə görə, prezidentlik kampaniyası zamanı bir dəfə Trampın yüksək vəzifəli kampaniya rəsmisindən Melaniyanın niyə nadir hallarda əri ilə kampaniya tədbirlərində iştirak etdiyini soruşub.
"Səbəbini öyrənməyə çalışdığım zaman bu kişi mənə tamamilə axmaq kimi baxıb dedi: "Səbəbini bilmək istəyirsən? Səbəb onun ona dözə bilməməsidir"",- deyə Volf bildirib.
Bioqraf, həmçinin cütlüyün "həqiqətən də çox danışmadığını" və "nadir hallarda bir araya gəldiyini" iddia edib.
O, 2024-cü il prezident seçkilərini də xatırladıb. Onun sözlərinə görə, Pensilvaniya ştatının Batler şəhərində Trampa qarşı sui-qəsd cəhdindən sonra Melaniyanın əri ilə birlikdə Respublikaçıların Milli Konqresində iştirak edib-etməyəcəyinə dair şübhələr var idi.
"O, sadəcə ərinin yanında oturmaq istəmirdi. Ona görə yox ki, vurula bilər, ona görə ki, ona nifrət edir", - deyə müəllif bildirib.
Melaniya və Donaldın gərgin söhbəti
Bu iddialar arasında cütlüyün son vaxtlar birlikdə görünməsi xüsusi diqqət çəkib.Kameralar qarşısında təbəssümə baxmayaraq, dodaq oxuyan bir mütəxəssis cütlüyün olduqca gərgin söhbət etdiyini deyib.
Onun sözlərinə görə, Melaniya ərinə "Problem budur ki, insanlar reaksiya verir",- deyib. Tramp isə "Yaxşı, dayan" cavabını verib. Dodaq oxuyucusunun transkriptinə görə, birinci xanım daha sonra soruşub: "Bəs sən?" və sonra əlavə edib: "Bu, iki dəfə baş verdi... Artıq dözə bilmirəm".
Bu arada, birinci xanımın nadir hallarda ictimaiyyət qarşısında çıxış etməsi onun əri ilə münasibətləri ilə bağlı dəfələrlə şayiələr yaylıb.
Nəşrin məlumatına görə, Melaniya 2026-cı ilin əvvəlindən bəri cəmi 16 dəfə ictimaiyyət qarşısında görünüb. Keçmiş mətbuat katibinin müavini Sara Mettyus iddia edib ki, birinci xanım iştirakı üçün ödəniş olmadığı hallar istisna olmaqla, siyasətdən uzaq durmağa üstünlük verir.
Trampın kampaniyasında və Ağ Evdə çalışan Mettyus bu barədə "On Sunday with Jack Cocchiarella" podkastında danışıb. O, vəzifəsinə baxmayaraq, birinci xanımla heç vaxt şəxsən görüşmədiyini iddia edib.
Bildirib ki, Melaniyaya Trampın 2016-cı ildəki ilk prezidentlik kampaniyası zamanı müəyyən kampaniya tədbirlərində iştirak etmək üçün pul ödənilib.
Melaniya özü əvvəllər Trampla yalnız puluna görə evləndiyi iddialarını qəti şəkildə rədd etmişdi.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin