Icma.az
close
up
RU
Melaniya Trampa nifrət edir: Ağ Evdə yeni dedi qodular başlayıb

Melaniya Trampa nifrət edir: Ağ Evdə yeni dedi qodular başlayıb

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Melaniya Tramp əri Donald Trampa güclü nifrət bəsləyir. 

“Cebheinfo.az” “Radar online”-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin bioqrafı Maykl Volf dyib. O, birinci xanımın əri ilə birlikdə nadir hallarda ictimaiyyət qarşısında göründüynü bununla izah edib. 

56 yaşlı Melaniya bir neçə həftə ərzində ictimaiyyətin diqqətindən tamamilə uzaq qaldıqdan sonra bu yaxınlarda yenidən diqqət mərkəzinə qayıdıb. Onun qayıdışı prezident komandası daxilindəki münasibətlərə, xüsusən də Donald Trampla tez-tez birlikdə görünən 35 yaşlı köməkçisi Natali Harpa olan marağın artması ilə üst-üstə düşüb.

"O, Trampa dözə bilmir"

Maykl Volf Joanna Coles ilə birlikdə “Inside Trump's Head” podkastında Melaniyanın ərinə qarşı hisslərini müzakirə edib.

Yazıçının sözlərinə görə, prezidentlik kampaniyası zamanı  bir dəfə Trampın yüksək vəzifəli kampaniya rəsmisindən Melaniyanın niyə nadir hallarda əri ilə kampaniya tədbirlərində iştirak etdiyini soruşub. 

"Səbəbini öyrənməyə çalışdığım zaman bu kişi mənə tamamilə axmaq kimi baxıb dedi: "Səbəbini bilmək istəyirsən? Səbəb onun ona dözə bilməməsidir"",- deyə Volf bildirib.

Bioqraf, həmçinin cütlüyün "həqiqətən də çox danışmadığını" və "nadir hallarda bir araya gəldiyini" iddia edib.

O, 2024-cü il prezident seçkilərini də xatırladıb. Onun sözlərinə görə, Pensilvaniya ştatının Batler şəhərində Trampa qarşı sui-qəsd cəhdindən sonra Melaniyanın əri ilə birlikdə Respublikaçıların Milli Konqresində iştirak edib-etməyəcəyinə dair şübhələr var idi. 

"O, sadəcə ərinin yanında oturmaq istəmirdi. Ona görə yox ki, vurula bilər, ona görə ki, ona nifrət edir", - deyə müəllif bildirib.

Melaniya və Donaldın gərgin söhbəti

Bu iddialar arasında cütlüyün son vaxtlar birlikdə görünməsi xüsusi diqqət çəkib.Kameralar qarşısında  təbəssümə baxmayaraq, dodaq oxuyan bir mütəxəssis cütlüyün olduqca gərgin söhbət etdiyini deyib.

Onun sözlərinə görə, Melaniya ərinə "Problem budur ki, insanlar reaksiya verir",- deyib. Tramp isə "Yaxşı, dayan" cavabını verib. Dodaq oxuyucusunun transkriptinə görə, birinci xanım daha sonra soruşub: "Bəs sən?" və sonra əlavə edib: "Bu, iki dəfə baş verdi... Artıq dözə bilmirəm".

Bu arada, birinci xanımın nadir hallarda ictimaiyyət qarşısında çıxış etməsi onun əri ilə münasibətləri ilə bağlı dəfələrlə şayiələr yaylıb. 

Nəşrin məlumatına görə, Melaniya 2026-cı ilin əvvəlindən bəri cəmi 16 dəfə ictimaiyyət qarşısında görünüb. Keçmiş mətbuat katibinin müavini Sara Mettyus iddia edib ki, birinci xanım iştirakı üçün ödəniş olmadığı hallar istisna olmaqla, siyasətdən uzaq durmağa üstünlük verir.

Trampın kampaniyasında və Ağ Evdə çalışan Mettyus bu barədə "On Sunday with Jack Cocchiarella" podkastında danışıb. O, vəzifəsinə baxmayaraq, birinci xanımla heç vaxt şəxsən görüşmədiyini iddia edib.

Bildirib ki, Melaniyaya Trampın 2016-cı ildəki ilk prezidentlik kampaniyası zamanı müəyyən kampaniya tədbirlərində iştirak etmək üçün pul ödənilib.

Melaniya özü əvvəllər Trampla yalnız puluna görə evləndiyi iddialarını qəti şəkildə rədd etmişdi.

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: Melaniya Tramp

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Avqust 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see599

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see312

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see301

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see294

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see291

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see289

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see279

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see261

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see256

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see248

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see245

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see236

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see231

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see231

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see226

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see225

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see225

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see223

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri