Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sabiq nazir çağırış etdi: “Məmurların xəyanəti ortaya çıxanda, onu bu vəzifəyə təqdim edənlərin də...”“Fəaliyyətində qüsurlar aşkarlanmış dövlət qurumlarının rəhbərlərinin və məsul şəxslərinin parlamentə dəvət olunmasını istəyirəm ki, bizi narahat edən sualları onlardan soruşaq”.Bu çağırışı aprelin 22-də Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Razi Nurullayev edib.
Deputat deyib ki, büdcə vəsaitinin təyinatı üzrə xərclənməməsi, depozit hesablarda saxlanması, süni şəkildə şişirdilməsi və büdcəyə qaytarılması onu narahat edir: “Çünki Hesablama Palatası hesabatı təqdim edir və proses bu gündən sonra bağlanır.
Bu qədər asan yanaşma? Maraqlıdır ki, hansı məsuliyyətə cəlb etmə halları, maliyyə sanksiyaları həyata keçirilib?
Kimlərsə vəzifədən alınsın, çıxarılsın, həbsə atılsın demirəm, belə arzum da yoxdur.
Amma istərdim ki, Hesablama Palatasının hesabatı müəyyən təlatümlər yarada bilsin və dövlət orqanlarının məsuliyyətinin artmasında dönüş yaratmağı bacarsın”.Deputat əlavə edib ki, vətəndaşlardan müxtəlif problemlərin həllinə kömək ilə bağlı on minlərlə şikayət məktubu daxil olur.Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə hər il olduğu kimi, 2024-cü ildə də kadr islahatları davam etdirilib.
Həyata keçirilən kadr islahatları dövlət idarəçiliyinin daha da müasir və səmərəli olması, şəffaflığın artırılması və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini təmin etmək məqsədi daşıyır.
2024-cü ildə keçirilən kadr islahatları çərçivəsində müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrə yeni təyinatlar həyata keçirilib, eyni zamanda bəzi vəzifəli şəxslər işdən azad olunub.