Icma.az
close
up
RU
Məmurlar parlamentə çağırıldı nələr dəyişəcək...

Məmurlar parlamentə çağırıldı nələr dəyişəcək...

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sabiq nazir çağırış etdi: “Məmurların xəyanəti ortaya çıxanda, onu bu vəzifəyə təqdim edənlərin də...”

“Fəaliyyətində qüsurlar aşkarlanmış dövlət qurumlarının rəhbərlərinin və məsul şəxslərinin parlamentə dəvət olunmasını istəyirəm ki, bizi narahat edən sualları onlardan soruşaq”.

Bu çağırışı aprelin 22-də Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Razi Nurullayev edib. Deputat deyib ki, büdcə vəsaitinin təyinatı üzrə xərclənməməsi, depozit hesablarda saxlanması, süni şəkildə şişirdilməsi və büdcəyə qaytarılması onu narahat edir: “Çünki Hesablama Palatası hesabatı təqdim edir və proses bu gündən sonra bağlanır. Bu qədər asan yanaşma? Maraqlıdır ki, hansı məsuliyyətə cəlb etmə halları, maliyyə sanksiyaları həyata keçirilib? Kimlərsə vəzifədən alınsın, çıxarılsın, həbsə atılsın demirəm, belə arzum da yoxdur. Amma istərdim ki, Hesablama Palatasının hesabatı müəyyən təlatümlər yarada bilsin və dövlət orqanlarının məsuliyyətinin artmasında dönüş yaratmağı bacarsın”.

Deputat əlavə edib ki, vətəndaşlardan müxtəlif problemlərin həllinə kömək ilə bağlı on minlərlə şikayət məktubu daxil olur.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə hər il olduğu kimi, 2024-cü ildə də kadr islahatları davam etdirilib. Həyata keçirilən kadr islahatları dövlət idarəçiliyinin daha da müasir və səmərəli olması, şəffaflığın artırılması və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini təmin etmək məqsədi daşıyır. 2024-cü ildə keçirilən kadr islahatları çərçivəsində müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrə yeni təyinatlar həyata keçirilib, eyni zamanda bəzi vəzifəli şəxslər işdən azad olunub. Bu proses idarəetməyə yeni nəfəs gətirilməsi, gənc və peşəkar kadrların önə çəkilməsi, habelə ölkənin inkişaf strategiyasına uyğunlaşma məqsədi güdüb.

Ancaq ayrı-ayrı məmurlardan narazılıqlar, şikayətlər, bürokratik əngəllərlə bağlı problemlər yenə də var. Bunun üçün daha hansı dəyişikliklər edilməlidir?

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”da bu istiqamətdə çox vacib mətləblərə toxundu: “Dövlət məmurunun məsuliyyətini artıra biləcək əsas məsələ onun dövlət qarşısında vaxtaşırı hesabat verməsidir. Əgər bu yoxdursa, məmur zaman-zaman özünü itirəcək və rəhbər kimi fəaliyyətində bu il yol verdiyi yanlışları gələn il daha da eybəcər bir formada təkrar edəcək. Biz müstəqillik illərində dəfələrlə bəzi məmurların onlara edilən etimadı necə çeynədiklərinin şahidi olmuşuq. Mən dəfələrlə demişəm, yenə də təkrar edirəm, dövlət başçısı yüksək vəzifəyə təyin etdiyi hər kəsi yaxından tanıya bilməz, bu, fiziki cəhətdən mümkün deyil.

Bizim ölkədə və elə dünyanın istənilən ölkəsində yüksək vəzifələrə təyinatlar bir qayda olaraq dövlət başçısının ətrafında etibar qazanmış şəxslərin təqdimatı əsasında baş verir. Bax, belə təyinat almış şəxslərin xəyanəti ortaya çıxanda, onu bu vəzifəyə təqdim edənlərin də məsuliyyəti həmin rəhbərin məsuliyyəti ilə eyni səviyyəsində qoyulmalıdır. Yüksək vəzifəyə təqdimat edənlər seçimə “yaxşı oğlan”, “bizim adam” “xaricdə təhsil” ölçüləri ilə yanaşmamalıdır. Təqdim etdiyi şəxsin peşəkarlığına, vətənsevərliyinə, tamahını idarə edə bilməsinə tam əmin olmalıdr. Seçim belə edilərsə, yanlış da az olar. Hər bir məmurun fəaliyyəti ildə bir dəfə əsaslı monitorinq edilməli və bununla da onun yerində olub-olmadığı müəyyənləşdirilməlidir. Belə olarsa, hər kəs məsuliyyətini tam dərk edəcək".

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov isə qeyd etdi ki, Azərbaycanda formalaşmış və möhkəmlənmiş, heç kəslə hesablaşmayan, ancaq öz marginal maraqlarını təmin edən şəbəkələşmiş məmur zümrəsi var ki, bunu da dağıtmaq, zəiflətmək hələ ki mümkün olmur: “Bu bürokratik aparat o qədər güclüdür ki, siyasi kursun müəyyən edilməsinə və yöntəm verilməsinə təsir göstərə bilir və bütün qanunsuzluqlarına, hətta cinayətləri sübuta yetirilsə belə cəzadan və məsuliyyətdən kənarda qala bilirlər. Bunlar dövlətin imkanlarından və gücündən həm toplumu əzmək, həm də maraqlarını təmin etmək üçün gen-bol istifadə edirlər. Həmin şəbəkələşmiş məmur brokratiyasının bu həddə gəlməsinin əsas səbəblərindən biri də ölkədə seçki mühitinin və seçkili orqanların bərbad hala salınmasıdır. İctimai nəzarətə və şəffaflığa, hesabatlılığa imkan verilməməsidir. Eyni zamanda kadrların yerləşdirilməsində, təyinatında, onların irəli çəkilməsində bilik, bacarıq və təcrübə deyil, qohumluq, region, dost, yaxud da hansısa bağlılıq və yaxud rüşvət faktoru önə çəkilir ki, bu hal da yeniliyə və islahatlara mənfi təsir göstərir. Yüksək rütbəli məmurlar da öz ətrafına topladığı, yaxud şəbəkə qurduğu insanlarla birgə dövlət əmlakını və büdcə vəsaitini rahatca talaya bilirlər. Hesablama Palatası audit yoxlamaları zamanı təxminən 2 milyard manat büdcə vəsaitinin təyinatı üzrə xərclənmədiyini, mühasibatlıq işlərinin düzgün qurulmadığını, yeyinti və mənimsəmələri üzə çıxarıb, ancaq heç bir tərpəniş, narahatlıq hiss olunmur. Hər il təxminən eyni mənzərə ortaya çıxarılır və hər il də külli miqdarda dövlət vəsaitini göyə sovuranlar və həzm edənlər özlərinin komfortunu pozmadan yola davam edirlər. Hətta vəzifə pillələrində irəliləyirlər. Bu sehrbazlıq deyil. Bu, həmin məmur ordusunun gücünün,   idarəetmədə və siyasi sistemdə ciddi problemlərin olduğunun göstəricisidir”.

Ə.Orucovun sözlərinə görə, konstitusiyada dəyişikliklərə və qanunvericilikdə sərtləşdirilmələrə zərurət var: “Eyni zamanda cəmiyyətdə kök salmış karusel rüşvət və korrupsiya hallarının aradan qaldırılması üçün təsirli tədbirlər həyata keçirilməlidir. "Dövlətdən bir tük çəkməyin" qənimət sayıldığı bir məmləkətdə mənimsəmələri və israfçılığı aradan qaldırmaq absurddur. Fəaliyyətlərində pozuntu aşkar edilən qurumların rəhbərlərini Milli Məclisə dəvət edib hesab soruşmaq nəzəri cəhətdən mümkündür, ancaq bu hesabatı nə onlar verməyəcək, nə də deputatlar soruşmayacaq. Hər il büdcənin müzakirəsi zamanı nazirlər və yaxud digər rəhbər şəxslər parlamentə dəvət olunurlar. Mən həmin kabinet üzvlərindən bir deputatın nəsə izahat istəməsini, fəaliyyətindəki nöqsanları barədə iradını görmədim. Siz də görmədiniz. Xırda məmur parlamentdə gəlib hansı və nə hesabat verəcək?

O, həmin hesabatı kimə verəcək? Təəssüf ki, parlament üzvlərinin bir çoxu da müəyyən mənada çirkaba bulaşmış həmin məmurlarla sıx biznes və digər əlaqədədir. Onlardan işləri keçir. Mənim fikrimcə, Palatanın üzə çıxardığı maliyyə pozuntuları barədə istintaq orqanları hərəkətə keçib həmin yolsuzluq törədən məmurlarla bağlı ciddi hüquqi ölçü götürsə, effektli olardı. Şərt deyil ki, palata mütləq istintaq orqanlarına müraciət etsin, qanunvericiliyin tələblərinə görə hətta mətbuatda gedən cinayət əməlləri barədə məlumatlar əsasında da prokurorluq orqanları cinayət işi başlada bilər. Təəssüf ki, indiyədək mən qanunvericiliyin bu tələblərindən hansısa cinayət işinin başlanılması praktikasına rast gəlməmişəm. Ola bilsin ki, biz bunun şahidi olacağıq. Lakin nə qədər ki, ölkədə məmurlarla bağlı cəzasızlıq mühiti qalacaq, hər hansı bir irəliləyiş gözləmək sadəlövhlük olardı. Doğrudur, bu tipli qanun pozuntularının və qüsurların qarşısını almaq elə də asan deyil. Çünki ilk növbədə bu cəmiyyətin psixologiyasında və yanaşmasında dəyişikliklərə nail olunmalıdır və onları ictimai nəzarət prosesinə cəlb etmək təşviq edilməlidir. Dövlətini təkcə xarici düşmənlərdən deyil, həm də daxili təhlükələrdən, cinayətkarlardan və yırtıcılardan hər zaman qorumağın vacibliyinə inandırmaq lazımdır. Xalq dövlət idarəçiliyindən kənar saxlanıldığından və bir çox hallarda rəyi nəzərə alınmadığından dövlətə də, hakimiyyətə də inamsızlıq və etinasızlıq yaranıb. Büdcəni talan edən həmin məmurlara da məhz belə vəziyyətin qalması sərf edir. Prezident İlham Əliyevin çağırışına səs verib, məmurlar üzərində ictimai nəzarətin gücləndirilməsinə cəmiyyət güclü dəstəyini ifadə etməlidir. Əks halda, hər il Hesablama Palatasının analoji hesabatları dəyişməz qalacaq. Onu da qeyd edim ki, istintaq orqanları hər hansı bir kiçik məmurla bağlı belə pozuntularla əlaqədar araşdırma aparan zaman təzyiqlər edilir, çoxsaylı zənglər olunur və xahiş-minnət edilir ki, həmin iş bağlansın. Belə bir mühitdə təbii ki, istintaq orqanları pozuntuların qarşısının alınmasında, onlar barədə ölçülərin götürülməsində çətinlik çəkirlər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 Aprel 2025 08:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see283

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see279

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see269

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see267

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see261

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see258

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see253

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see240

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see239

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see237

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see232

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see226

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see224

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see219

Stress zamanı bunları edin Özünüzü daha yaxşı hiss edəcəksiniz

06 Sentyabr 2026 01:01see207

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see205

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see204

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see185

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see183

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri