Mən bu ruhu tanıyıram, komandamın xarakteridir Ayxan Abbasov

31.01.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mən bu ruhu tanıyıram, komandamın xarakteridir" - Ayxan Abbasov

Misli Premyer Liqasının 18-ci turu çərçivəsində "Kəpəz" "Şamaxı"nı qəbul edib. Matç "Şamaxı"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

QOL.az xəbər verir ki, "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov matçdan sonra rəqib üzərində qazanılan qələbəni şərh edib.

Mütəxəssis rəqibin "Qarabağ"la oyundan sonra yüksək motivasiyalı olduğunu, lakin komandasının xarakter nümayiş etdirdiyini vurğulayıb. O, bu qələbənin turnir cədvəli baxımından strateji əhəmiyyət daşıdığını bildirərək futbolçularının reaksiyasından məmnunluğunu ifadə edib:

"Çempionatda ən vacib qələbələrimizdən birini qazandıq. Rəqib "Qarabağ" səfərindən sonra yüksək motivasiya ilə çıxmışdı. Bu gün futbolçularımın oyundan sonra göstərdiyi reaksiya və məsuliyyət məni xüsusilə sevindirdi. Mən bu ruhu tanıyıram. Bu, komandamın xarakteridir. Artıq rəqiblərimizdən birinin mövqeyinə yaxınlaşmışıq və bu, gələcək üçün çox vacibdir."

Abbasov komandanı dəstəkləməyə gələn azarkeşlərə də təşəkkür edib:

"Onların verdiyi ruh bu qələbənin əsas səbəblərindən biridir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью