Mən bu ruhu tanıyıram, komandamın xarakteridir Ayxan Abbasov
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misli Premyer Liqasının 18-ci turu çərçivəsində "Kəpəz" "Şamaxı"nı qəbul edib. Matç "Şamaxı"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
QOL.az xəbər verir ki, "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov matçdan sonra rəqib üzərində qazanılan qələbəni şərh edib.
Mütəxəssis rəqibin "Qarabağ"la oyundan sonra yüksək motivasiyalı olduğunu, lakin komandasının xarakter nümayiş etdirdiyini vurğulayıb. O, bu qələbənin turnir cədvəli baxımından strateji əhəmiyyət daşıdığını bildirərək futbolçularının reaksiyasından məmnunluğunu ifadə edib:
"Çempionatda ən vacib qələbələrimizdən birini qazandıq. Rəqib "Qarabağ" səfərindən sonra yüksək motivasiya ilə çıxmışdı. Bu gün futbolçularımın oyundan sonra göstərdiyi reaksiya və məsuliyyət məni xüsusilə sevindirdi. Mən bu ruhu tanıyıram. Bu, komandamın xarakteridir. Artıq rəqiblərimizdən birinin mövqeyinə yaxınlaşmışıq və bu, gələcək üçün çox vacibdir."
Abbasov komandanı dəstəkləməyə gələn azarkeşlərə də təşəkkür edib:
"Onların verdiyi ruh bu qələbənin əsas səbəblərindən biridir".
Baxış sayı:72
Bu xəbər 31 Yanvar 2026 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















