Mən “Neftçi”ni Ukraynada “Dinamo” və “Şaxtyor”la müqayisə edirəm Yuri Vernidub

15.12.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Bu gün Misli Premyer Liqasında XV turun oyunlarına yekun vurulub.

Fanat.Az xəbər verir ki, “Neftçi” nın baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının “Sumqayıt” klubu ilə 15-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini jurnalistlərlə bölüşüb:

“Neftçi” 65-70 dəqiqə ərzində meydanda əsl futbol göstərdi. Bu müddət ərzində komandamızın qapısı ağzında heç bir təhlükə yaşanmadı. Azı daha 3 qol vura bilərdik. Qalib gəlməməyimizin də əsas səbəbi budur. Son 20 dəqiqəni futbolçularımız çox yorğun keçirdilər. Fiziki olaraq gücümüz çatmadı. Bütün bunların hamısını düzəldəcəyik. Qış fasiləsində keçirəcəyimiz təlim-məşq toplanışı zamanı komandamızı daha yaxşı hazırlaşdırmaq imkanımız olacaq. Futbolçularımızın keyfiyyəti, sürəti, topla davranışı, texnikası yaxşı səviyyədədir. Sadəcə, nizam-intizamı düzəltməli və fiziki gücü artırmalıyıq. Təcrübəli məşqçi kimi əminlikdə deyirəm ki, “Neftçi”nin daha yüksək səviyyəyə qalxması üçün hər şey edəcəyik. Çünki mən “Neftçi”ni Ukraynada “Dinamo” və “Şaxtyor”la müqayisə edirəm. “Neftçi” tarixi klubdur, Azərbaycan üçün brenddir və bunu etmək kifayət qədər realdır”.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью