Mən “Neftçi”ni Ukraynada “Dinamo” və “Şaxtyor”la müqayisə edirəm Yuri Vernidub
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Bu gün Misli Premyer Liqasında XV turun oyunlarına yekun vurulub.
Fanat.Az xəbər verir ki, “Neftçi” nın baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının “Sumqayıt” klubu ilə 15-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini jurnalistlərlə bölüşüb:
“Neftçi” 65-70 dəqiqə ərzində meydanda əsl futbol göstərdi. Bu müddət ərzində komandamızın qapısı ağzında heç bir təhlükə yaşanmadı. Azı daha 3 qol vura bilərdik. Qalib gəlməməyimizin də əsas səbəbi budur. Son 20 dəqiqəni futbolçularımız çox yorğun keçirdilər. Fiziki olaraq gücümüz çatmadı. Bütün bunların hamısını düzəldəcəyik. Qış fasiləsində keçirəcəyimiz təlim-məşq toplanışı zamanı komandamızı daha yaxşı hazırlaşdırmaq imkanımız olacaq. Futbolçularımızın keyfiyyəti, sürəti, topla davranışı, texnikası yaxşı səviyyədədir. Sadəcə, nizam-intizamı düzəltməli və fiziki gücü artırmalıyıq. Təcrübəli məşqçi kimi əminlikdə deyirəm ki, “Neftçi”nin daha yüksək səviyyəyə qalxması üçün hər şey edəcəyik. Çünki mən “Neftçi”ni Ukraynada “Dinamo” və “Şaxtyor”la müqayisə edirəm. “Neftçi” tarixi klubdur, Azərbaycan üçün brenddir və bunu etmək kifayət qədər realdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 15 Dekabr 2025 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















