“Məncə, böyük razılığa nail olmaq çox çətin olacaq...” | Icma.az
Icma.az, Sia Az portalına istinadən məlumat yayır. Reuters: “Putin Ukraynada atəşkəslə bağlı Trampla danışıqlara hazırdır” ...Vladimir Putin
SİA-nın əldə etdiyi məlumata görə, Reuters bunu mənbələrə istinadən xəbər verir.
...Rusiyanın beş hazırkı və keçmiş rəsmisi bildiriblər ki, Kreml ümumilikdə cəbhə xətti boyunca münaqişənin dondurulması ilə razılaşa bilər.
Nəşrin həmsöhbətləri onu da bildirdilər ki, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin “bölünməsi” ilə bağlı danışıqlar aparmaq imkanı ola bilər, çünki Rusiya Federasiyasının bütün bu bölgələrin guya onun bir hissəsi olması barədə bəyanatlarına baxmayaraq, işğalçı qüvvələr bu ərazilərin yalnız 70-80 faizinə nəzarət edir.
Eyni zamanda, rəsmilərin fikrincə, Rusiya Xarkov və Nikolayev vilayətlərində tutduğu nisbətən kiçik ərazilərdən qoşunlarını çıxarmağa razılaşa bilər.
Hər iki mənbə həmçinin bildirib ki, ABŞ prezidenti Cozef Baydenin Ukraynaya ABŞ-ın ATACMS raketlərini Rusiyanın dərinliklərinə endirməsinə icazə vermək qərarı “hər hansı nizamlanmanı çətinləşdirə və gecikdirə, eləcə də Moskvanın tələblərini gücləndirə bilər”.
...Nəşrin həmsöhbətlərinin fikrincə, atəşkəslə bağlı razılaşma əldə olunmasa, Rusiya mübarizəni davam etdirəcək.
Bundan əlavə, qeyd edilir ki, Rusiya Ukraynanın NATO-ya daxil olmasına və ya Ukrayna ərazisində Alyans qoşunlarının olmasına “icazə verməsə” də, Kiyev üçün təhlükəsizlik təminatlarının “müzakirəsinə açıqdır”.
Tam oxu
Xəbəri oxu