Icma.az
close
up
RU
“Məncə, böyük razılığa nail olmaq çox çətin olacaq...”

“Məncə, böyük razılığa nail olmaq çox çətin olacaq...”

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Reuters: “Putin Ukraynada atəşkəslə bağlı Trampla danışıqlara hazırdır”

...Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Ukraynada atəşkəs rejimini müzakirə etməyə hazırdır, lakin hər hansı əhəmiyyətli ərazi güzəştlərini istisna edir və Kiyevin NATO-ya üzv olmaq ambisiyalarından əl çəkməsində israr edir.

SİA-nın əldə etdiyi məlumata görə, Reuters bunu mənbələrə istinadən xəbər verir.

...Rusiyanın beş hazırkı və keçmiş rəsmisi bildiriblər ki, Kreml ümumilikdə cəbhə xətti boyunca münaqişənin dondurulması ilə razılaşa bilər. Nəşrin həmsöhbətləri onu da bildirdilər ki, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin “bölünməsi” ilə bağlı danışıqlar aparmaq imkanı ola bilər, çünki Rusiya Federasiyasının bütün bu bölgələrin guya onun bir hissəsi olması barədə bəyanatlarına baxmayaraq, işğalçı qüvvələr bu ərazilərin yalnız 70-80 faizinə nəzarət edir. Eyni zamanda, rəsmilərin fikrincə, Rusiya Xarkov və Nikolayev vilayətlərində tutduğu nisbətən kiçik ərazilərdən qoşunlarını çıxarmağa razılaşa bilər.

Hər iki mənbə həmçinin bildirib ki, ABŞ prezidenti Cozef Baydenin Ukraynaya ABŞ-ın ATACMS raketlərini Rusiyanın dərinliklərinə endirməsinə icazə vermək qərarı “hər hansı nizamlanmanı çətinləşdirə və gecikdirə, eləcə də Moskvanın tələblərini gücləndirə bilər”.

...Nəşrin həmsöhbətlərinin fikrincə, atəşkəslə bağlı razılaşma əldə olunmasa, Rusiya mübarizəni davam etdirəcək. Bundan əlavə, qeyd edilir ki, Rusiya Ukraynanın NATO-ya daxil olmasına və ya Ukrayna ərazisində Alyans qoşunlarının olmasına “icazə verməsə” də, Kiyev üçün təhlükəsizlik təminatlarının “müzakirəsinə açıqdır”.

...Ukraynadan Kremlin israr edə biləcəyi digər güzəştlərə Kiyevin silahlı qüvvələrinin sayını məhdudlaşdırmaq barədə razılaşma və “rus dilindən istifadəni məhdudlaşdırmamaq” öhdəliyi daxildir.

Sovet İttifaqından ABŞ-a emiqrant, Amerika məsələləri üzrə ən nüfuzlu rusiyalı ekspertlərdən biri olan Dmitri Sims hesab edir ki, atəşkəs razılaşması nisbətən tez bağlana bilər. Eyni zamanda, həm Ukraynanın, həm də Rusiyanın təhlükəsizlik maraqlarını nəzərə alan daha geniş, uzunmüddətli sazişin bağlanması son dərəcə çətin olacaq, deyə o əlavə edib. ...Məncə, böyük razılığa nail olmaq çox çətin olacaq, çünki hər iki tərəfin mövqeləri bir-birindən çox uzaqdır.

Əli Babayev

P.S: Vladimir Putin Ukraynada müharibənin dondurulması variantını rədd edir. SİA-nın məlumatına görə, bunu Kremlin sözçüsü Dmitri Peskov çərşənbə günü, noyabrın 20-də keçirdiyi brifinqdə deyib. O, iddia edib ki, Moskvanın Ukraynadakı müharibə ilə bağlı “məqsədlərinə çatması vacibdir” və dondurma variantı guya Kreml üçün qəbuledilməzdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Noyabr 2024 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri