Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir. 3 dekabr Beynəlxalq əlilliyi olan şəxslər günüdür.
Gununsesi.info xəbər verir ki, Bakuplus.az-ın budəfəki qəhrəmanı Alik Cəfərov da əzmi və iradəsi sayəsində qarşısına qoyduğu hədəflərinə tək-tək çatıb.
Əllərini hərəkət etdirə bilməyən Alik bütün işlərini ayağı ilə görür. Onun öz dünyası, öz zövqü var. Alik Cəfərov 1986-cı ildə anadan olub.
O, doğulduğundan bu günə qədər serebral iflicdən əziyyət çəkir. Buna baxmayaraq həyatını adi insanlar kimi davam etməyə çalışır.
3×4-ə şəkil çap edir, rəsm çəkir, kompüteri dərinliyindən öyrənir.
Bütün bu işləri görməkdə onun ən yaxın köməkçisi, arxa-dayağı olan anası Naibə xanımdır.
Alikin körpəliyindən bu günə kimi hər bir işində yorulmadan ona dəstək olub.
Naibə Cəfərova saytımıza bildirib ki, Alikin xəstəliyini 1 yaşında müəyyən ediblər: “Alikin 1 yaşı olardı ki, onda serebral iflic xəstəliyinin olduğunu öyrəndik.