Icma.az
close
up
RU
“Mənim dilənçi olduğumu düşündülər” Əllərini ayaqları ilə əvəzləyən Alik Cəfərov

“Mənim dilənçi olduğumu düşündülər” Əllərini ayaqları ilə əvəzləyən Alik Cəfərov

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

3 dekabr Beynəlxalq əlilliyi olan şəxslər günüdür.

Gununsesi.info xəbər verir ki, Bakuplus.az-ın budəfəki qəhrəmanı Alik Cəfərov da əzmi və iradəsi sayəsində qarşısına qoyduğu hədəflərinə tək-tək çatıb. Əllərini hərəkət etdirə bilməyən Alik bütün işlərini ayağı ilə görür. Onun öz dünyası, öz zövqü var.

Alik Cəfərov 1986-cı ildə anadan olub. O, doğulduğundan bu günə qədər serebral iflicdən əziyyət çəkir. Buna baxmayaraq həyatını adi insanlar kimi davam etməyə çalışır. 3×4-ə şəkil çap edir, rəsm çəkir, kompüteri dərinliyindən öyrənir.

Bütün bu işləri görməkdə onun ən yaxın köməkçisi, arxa-dayağı olan anası Naibə xanımdır. Alikin körpəliyindən bu günə kimi hər bir işində yorulmadan ona dəstək olub.

Naibə Cəfərova saytımıza bildirib ki, Alikin xəstəliyini 1 yaşında müəyyən ediblər:

“Alikin 1 yaşı olardı ki, onda serebral iflic xəstəliyinin olduğunu öyrəndik. Həmin gündən müalicələr başladı. Şükür bu günə. Alik çox yaxşı övladdır. Ona nə qədər əziyyət çəkmişiksə, heç vaxt bu əziyyətimizi itirmiyib”.

Ailənin ilk övladı olan Alik hər zaman öz istedadı və bacarığı ilə seçilib. Onu digər övladlarından heç vaxt fərqləndirməyən anası bütün bunların Alikin uğuruna səbəb olduğunu deyib:

“Hər zaman Aliki üstün tutduq. Alik bizim həyatımızın mənasıdır. Öncə Alikə hərflər olan əlifba aldıq. Başladı yavaş-yavaş öyrənməyə. Sonra riyaziyyatı öyrənməyə başladıq. İndi də kompüterdə işləməyi öyrənib. Bilmədiyini ona öyrətməyə hazıram. Alikin hər uğuruna nə qədər sevindiyimi bilsəniz! Alik kimi övladların bizə ehtiyacı var. Bizim qayğımıza, sevgimizə ehtiyac duyurlar”.

Alik rəsm çəkməyi çox sevsə də, tək bununla kifayətlənmir. Həyata dördəlli yapışan Alikin digər məşğuliyyəti kompüter proqramlarını dərdindən öyrənməkdir. Eyni zamanda, Alik kompüteri də ayağı ilə idarə edir, şəkilli fincanlar hazırlayır.

Əllərini hərəkət etdirə bilmədiyi üçün ayaq barmaqları ilə işlərini görən Alik həyatındakı dəyişikliklərdən danışıb:

“Xəstəliyim həyatımda heç bir dəyişiklik etmədi. Özümü normal insandan əksik saymadım. Dinim, ailəm, işim, dostlarım mənə çox dəstək oldu. Onların dəstəyi ilə indi bu yerdəyəm. Kompüterə marağım çoxdur. Müxtəlif proqramları öyrənməyə çalışıram”.

Alik Cəfərov deyir ki, bir dəfə yolda onun dilənçi olduğunu düşünüblər:

“Bir dəfə yolda gedəndə hərəkətlərimdən elə bildilər ki, dilənçiyəm. Sonradan anladılar ki, fiziki qüsurum var. Biznes qurmağı arzulayıram. Cəmiyyət görsün ki, fiziki məhdudiyyət heç nəyə əngəl deyil. İnsanlarla ünsiyyət qurmağı, şəkil çap etməyi sevirəm, namaz qılmaqdan zövq alıram”.

“Hansı çətinliklə qarşılaşırsan?” sualımıza isə Alik Cəfərov fərqli bir cavab verib:

“Bu dünyada nə çətin deyil ki? Hər şeyin çətinliyi var. İnsan nə istəyirsə, onu bacara bilər”.

Söhbətimiz zamanı elə bir neçə ay bundan öncə gənc rejissor Elçin Ağazadə tərəfindən Alik Cəfərovun həyat hekayəsindən bəhs edən “Problem yoxdur” sənədli filmindən də söz açdıq.

Alik Cəfərov həmin filmə dəvət almasından danışdı:

“Elçin Ağazadə mənim müsahibəmi “İctimai TV”də görüb. Bir gün evdə oturmuşdum. Birdən zəng gəldi: “Mən rejissor Elçin Ağazadəyəm. Sənin haqqında film çəkmək istəyirəm” dedi. Mən də razılaşdım. Filmi çəkdik. Mənim mənəvi dünyamla tanış oldular. Bu səbəblə bizim dostluğumuz yarandı. Filmin adını isə “Problem yoxdur” qoyduq”.

Bu da belə… Görünən odur ki, məsələ fiziki yox, ruhun əlil olmamasıdır.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Dekabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri