Mənim üçün “Lion”a qarşı oynamaq çox xüsusi hissdir Yassin Benzia | Icma.az
Qol.az saytına istinadən Icma.az xəbər verir. “Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda Fransanın “Lion” klubu ilə qarş
QOL.az xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Yassin Benzia klubun saytına bu oyunla bağlı açıqlama verib.
Əlcəzairli yarımmüdafiəçi peşəkar karyerasına başladığı, 2011-15-ci illərdə formasını geyindiyi kluba qarşı oynamağa xüsusi önəm verdiyini bildirib: “Mənim üçün “Lion”a qarşı oynamaq çox xüsusi hissdir.
Ona görə də bu oyun böyük əhəmiyyət daşıyır. Mən belə oyunları xoşlayıram.
Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərimizdən birinin “Lion” olduğunu biləndən bu anı səbirsizliklə gözləyirəm.
Mən “Lion”un futbol akademiyasından çox şey öyrəndim. Bu, dünyanın ən yaxşı akademiyalarından biridir.
Orada qazandığım biliklər üçün hər zaman “Lion”a minnətdar olacağam”.
“Lion”dan sonra “Lill” və “Dijon”da da forma geyinmiş Benzia Əlcəzair millisini seçənə qədər Fransanın U-16, U-17, U-18, U-19 və U-21 millilərində çıxış etdiyi üçün bu ölkənin futboluna yaxşı bələddir: “Lion”u və Fransa futbolunu çox yaxşı tanıyıram.
Tam oxu
Xəbəri oxu