Icma.az
close
up
RU
Mənim üçün “Lion”a qarşı oynamaq çox xüsusi hissdir Yassin Benzia

Mənim üçün “Lion”a qarşı oynamaq çox xüsusi hissdir Yassin Benzia

Qol.az saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda Fransanın “Lion” klubu ilə qarşılaşacaq.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Yassin Benzia klubun saytına bu oyunla bağlı açıqlama verib.

Əlcəzairli yarımmüdafiəçi peşəkar karyerasına başladığı, 2011-15-ci illərdə formasını geyindiyi kluba qarşı oynamağa xüsusi önəm verdiyini bildirib: “Mənim üçün “Lion”a qarşı oynamaq çox xüsusi hissdir. Ona görə də bu oyun böyük əhəmiyyət daşıyır. Mən belə oyunları xoşlayıram. Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərimizdən birinin “Lion” olduğunu biləndən bu anı səbirsizliklə gözləyirəm. Mən “Lion”un futbol akademiyasından çox şey öyrəndim. Bu, dünyanın ən yaxşı akademiyalarından biridir. Orada qazandığım biliklər üçün hər zaman “Lion”a minnətdar olacağam”.

“Lion”dan sonra “Lill” və “Dijon”da da forma geyinmiş Benzia Əlcəzair millisini seçənə qədər Fransanın U-16, U-17, U-18, U-19 və U-21 millilərində çıxış etdiyi üçün bu ölkənin futboluna yaxşı bələddir: “Lion”u və Fransa futbolunu çox yaxşı tanıyıram. Komandamın bu oyunda qələbə qazanması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. “Lion”a qarşı matç bizim üçün çox vacib oyundur. Hazırda burada oynayıram və “Qarabağ”ı təmsil etdiyim üçün qürur duyuram. “Lion” çox yaxşı heyətə malikdir. Amma biz doğma azarkeşlərimiz önündə oynayırıq. Bizim də güclü komandamız var. Futbolda heç vaxt nə olacağını öncədən bilmək olmaz. Lakin bildiyimiz odur ki, bu oyunda 100 faiz gücümüzü ortaya qoyacağıq”.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lion” görüşü saat 21:45-də başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://qol.az
archiveBu xəbər 27 Noyabr 2024 03:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri