Shownews portalından verilən məlumata görə, Icma.az xəbər yayır. "Mənzurə əgər özü duet oxuyub, sonra o insanla eşq yaşabsa, özü bilər.
Amma bu sözü bütün duet oxuyanlara demək olmaz. Getsin, öz adından danışsın".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında müğənni Ofeliya Şabanova Mənzurə Musayevanın "duet ortaqları sonradan sevgili olur" fikirlərini şərh edərkən deyib.
Sənətçi bildirib ki, illərlə sənətdə duet oxuyan həmkarları var ki, onlar haqqında heç bir eşq dedi-qodularına rast gəlməyib: "Bu həyatdır, hər şey ola bilər.
Kim-kiminlə eşq yaşayıb, biz onu bilə bilmərik. Amma Mənzurə əgər özü duet oxuyub, sonra o insanla eşq yaşabsa, özü bilər.
Bu sözü bütün duet oxuyanlara demək olmaz. Getsin, öz adından danışsın, yəqin ki, öz başına gəlib, eşq macəraları yaşayıb.
Mən də gənc müğənni ilə duet oxumuşam. O mənə ana, həyat yoldaşıma da ata deyir.
Yoldaşım da hər an mənim yanımdadır, mahnım da sevgidən yox, dostluqdan olub.