Icma.az
close
up
RU
Mənzurə elə şeylərə meyilli olubsa, öz adından danışsın Ofeliyadan sərt sözlər

Mənzurə elə şeylərə meyilli olubsa, öz adından danışsın Ofeliyadan sərt sözlər

Shownews portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Mənzurə əgər özü duet oxuyub, sonra o insanla eşq yaşabsa, özü bilər. Amma bu sözü bütün duet oxuyanlara demək olmaz. Getsin, öz adından danışsın".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında müğənni Ofeliya Şabanova Mənzurə Musayevanın "duet ortaqları sonradan sevgili olur" fikirlərini şərh edərkən deyib.

Sənətçi bildirib ki, illərlə sənətdə duet oxuyan həmkarları var ki, onlar haqqında heç bir eşq dedi-qodularına rast gəlməyib:

"Bu həyatdır, hər şey ola bilər. Kim-kiminlə eşq yaşayıb, biz onu bilə bilmərik. Amma Mənzurə əgər özü duet oxuyub, sonra o insanla eşq yaşabsa, özü bilər. Bu sözü bütün duet oxuyanlara demək olmaz. Getsin, öz adından danışsın, yəqin ki, öz başına gəlib, eşq macəraları yaşayıb. Mən də gənc müğənni ilə duet oxumuşam. O mənə ana, həyat yoldaşıma da ata deyir. Yoldaşım da hər an mənim yanımdadır, mahnım da sevgidən yox, dostluqdan olub.

O deyib ki, hər duet oxuyan eşq yaşamır: 

"Mən ümumiyyətlə hər duet oxuyan eşq yaşayır fikri ilə qətiyyən razı deyiləm. Hamının beynində illər öncə Xalq artistimiz Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun yaşadığı böyük eşq qalıb. O sevgi böyük, təmiz və ülvi hisslərdən ibarət idi. Bu həyat idi, yaşadılar, bitdi. Bu o demək deyil ki, hamıda elə olmalıdır. İllərdir ki, Könül xanım ilə Cabbar Musayev duet oxuyur, onların adına heç söz çıxdı? Yox! Bu insanın özündən asılıdır. Əgər sənin belə şeylərə meylin varsa, bizim günahımız nədir? Çıx denən ki, mən duet oxumuşam, eşq yaşamışam! Hamını bu işə qatma!"

Xatırladaq ki, Mənzurə Musayeva "Duetin sonu sevgiyə çevrilir. Ona görə bu cür ifaları məsləhət görmürəm. Mən Səyyad Əlizadə ilə oxumuşam. O da kaset buraxıb sağollaşmışıq. O da Səyyadın hobbisi idi. O səsinə uyğun olanlarla oxuyub, kaset çıxardırdı, vəssalam. Əminliklə deyirəm ki, duetlərin 80 faizinin sonu sevgi ilə bitir” sözləri ilə yenidən gündəm olub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://shownews.az
archiveBu xəbər 20 Yanvar 2026 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri