Məqsəd Ukrayna cəmiyyətini alçaldılmış sülhə vadar etməkdir TƏHLİL | Icma.az
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Krım daxil olmaqla 5 vilayət, hətta ruslar tərəfindən işğal edilməyən ərazilər belə beş vilayətin inzibati ərazisi kimi Rusiyaya verilməsi tələbi varRusiya Prezidenti Vladimir Putin Ukrayna ilə mülki hədəflərdə atəşkəs məsələsi ilə bağlı ikitərəfli danışıqlara hazır olduğunu deyib.
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, Prezident Putin dəfələrlə danışıqlar yolu ilə problemləri həll etməyə hazır olduğunu bildirib: "Prezident mülki obyektlərin vurulmaması məsələsini, o cümlədən ikitərəfli qaydada müzakirə etməyin mümkün olduğunu deyəndə, prezident Ukrayna tərəfi ilə danışıqları və müzakirələri nəzərdə tuturdu".
O, əlavə edib ki, Rusiya Federasiyası guya sülh yolu ilə həll tapmağa açıqdır.
Peskov hətta Amerika tərəfi ilə iş aparıldığını xatırladıb və bunun “nəticə verəcəyinə” ümid etdiyini bildirib.
"Reuters"in verdiyi məlumata görə, Zelenski Putinin təşəbbüsünə cavab verməsə də, Ukraynanın atəşkəslə bağlı “istənilən danışığa hazır olduğunu” vurğulayıb.
Nəşr qeyd edib ki, Putinin bəyanatı heç bir irəliləyiş əldə olunmasa, sülh səylərindən əl çəkəcəyi ilə hədələyən ABŞ-nin təzyiqi altında verilib: "Bizim istənilən sülh təşəbbüslərinə müsbət münasibətimiz var.
Ümid edirik ki, Kiyev rejiminin nümayəndələri də belə hiss edəcəklər".
Tam oxu
Xəbəri oxu