Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Məqsəd Ukrayna cəmiyyətini alçaldılmış sülhə vadar etməkdir TƏHLİL

Məqsəd Ukrayna cəmiyyətini alçaldılmış sülhə vadar etməkdir TƏHLİL

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Krım daxil olmaqla 5 vilayət, hətta ruslar tərəfindən işğal edilməyən ərazilər belə beş vilayətin inzibati ərazisi kimi Rusiyaya verilməsi tələbi var


Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə mülki hədəflərdə atəşkəs məsələsi ilə bağlı ikitərəfli danışıqlara hazır olduğunu deyib. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, Prezident Putin dəfələrlə danışıqlar yolu ilə problemləri həll etməyə hazır olduğunu bildirib: "Prezident mülki obyektlərin vurulmaması məsələsini, o cümlədən ikitərəfli qaydada müzakirə etməyin mümkün olduğunu deyəndə, prezident Ukrayna tərəfi ilə danışıqları və müzakirələri nəzərdə tuturdu". 

O, əlavə edib ki, Rusiya Federasiyası guya sülh yolu ilə həll tapmağa açıqdır. Peskov hətta Amerika tərəfi ilə iş aparıldığını xatırladıb və bunun “nəticə verəcəyinə” ümid etdiyini bildirib. "Reuters"in verdiyi məlumata görə, Zelenski Putinin təşəbbüsünə cavab verməsə də, Ukraynanın atəşkəslə bağlı “istənilən danışığa hazır olduğunu” vurğulayıb. Nəşr qeyd edib ki, Putinin bəyanatı heç bir irəliləyiş əldə olunmasa, sülh səylərindən əl çəkəcəyi ilə hədələyən ABŞ-nin təzyiqi altında verilib: "Bizim istənilən sülh təşəbbüslərinə müsbət münasibətimiz var. Ümid edirik ki, Kiyev rejiminin nümayəndələri də belə hiss edəcəklər". Maraqlıdır ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ilk günlərindən bəri tərəflər arasında birbaşa danışıqlar aparılmayıb. Ötən həftənin sonunda ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Marko Rubio bir neçə gün ərzində irəliləyiş əldə edə bilməsələr, sülh danışıqlarından uzaqlaşa biləcəklərini bildiriblər. Tramp daha sonra iki tərəfin "bu həftə" sülh razılaşmasına nail olacağını proqnozlaşdırdı. Zelenski Ukraynanın çərşənbə günü Londonda ABŞ və Avropa ölkələri ilə danışıqlarda iştirak edəcəyini açıqlayıb. Xatırladaq ki, Rusiya Ukraynanın 4 regionunu ələ keçirmək istəyir. Bura Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri aiddir. Bu vilayətlərin böyük hissəsi işğal edilib, bir hissəsi hələ də Ukraynanın nəzarətindədir. Rusiya tərəfinin bir qədər "yumşalmasından" sonra ABŞ hökuməti Ukrayna və Avropaya yeni sülh planı təklif edib. Yeni plan Krımın Rusiya kimi tanınması, eləcə də Rusiyanın döyüşlər zamanı əldə etdiyi əraziləri özündə saxlamasını ehtiva edir. Aprelin 18-də ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Ukrayna və Rusiya arasında sülh sazişinə dair razılığın əldə olunacağına dair real siqnal müşahidə olunmasa, Vaşinqton danışıqlardan geri çəkiləcək. Bu açıqlamanı ABŞ-nin vasitəçilik cəhdlərinin nəticə vermədiyinə dair işarə kimi də qəbul etmək olar. Münaqişənin həllində əsas maneə isə tərəflərin qarşılıqlı güzəştə getmək istəməməsidir. Rusiya Krım və Donbas bölgələrinə dair tələbindən çəkilmir, Ukrayna isə ərazi bütövlüyündən vaz keçmək niyyətində deyil. ABŞ-nin prosesdən çəkilməsi isə bu balansın daha da pozulmasına və danışıqların tamamilə iflasa uğramasına yol aça bilər. 


Politoloq Oqtay Qasımov "Sherg.az"a deyib ki, Rusiya-Ukrayna savaşında şiddətin artması və daha ağır zərbələrin endirilməsi əsasən müharibənin sona çatma elementləri ilə bağlıdır. Ekspert bildirib ki, ABŞ-nin vasitəçiliyi ilə başlayan proseslər ayrı-ayrılıqda aparılır: 

"ABŞ-nin vasitəçiliyinin daha çox Rusiyanın işinə yaradığını demək mümkündür. Belə ki, Rusiya izolyasiyadan çıxdı, müəyyən qədər reveranslar edildi. Rusiya da bundan istifadə edərək öz şərtlərini qəbul etdirmək üçün Ukrayna ərazilərinin dərinliklərinə raket zərbələri endirməyə başladı. Məqsəd Kiyevi və Ukrayna cəmiyyətini alçaldılmış sülhə vadar etməkdir. Rusiyanın şərti bəllidir. Krım daxil olmaqla 5 vilayət, hətta ruslar tərəfindən işğal edilməyən ərazilər belə beş vilayətin inzibati ərazisi kimi Rusiyaya verilməsi tələbi var. Şübhəsiz ki, Ukrayna bunu qəbul edə bilməz. Rusiyanın genişmiqyaslı hücumları bununla bağlıdır. Artıq bu savaşda müharibə qaydaları, humanitar məsələlər kənara qoyulub. Heç bir humanitar hüquqa hörmət edilmir. Xüsusən, Rusiya tərəfindən. Buçada yaşanan olaylardan fərqlənməyən qətliamlar görməkdəyik. Sumaya endirilən zərbələrdə 35 insan həyatını itirdi, 95 nəfər yaralandı. Ukrayna da buna cavab verməyə çalışır. Hər iki tərəf çalışır ki, masada əli gücləndirilmiş qaydada əyləşsin. Müharibədə şiddətin artması da bununla bağlıdır. Xüsusən, Rusiya üçün simvolik olan 9 may Qələbə gününədək Kreml rəhbəri müəyyən məsələləri həll etməyə çalışır. Simvolik məsələlər Rusiya üçün hər zaman önəmli olub".


Analitik əlavə edib ki, danışıqların hansı nəticə verəcəyini indidən söyləmək çətindir: 

"Doğrudur, Rusiya və ABŞ arasında müəyyən proseslər, danışıqlar gedir. Amma yekun mövqelər ortaya çıxmayıb. ABŞ-dən Rusiyanın hərəkətləri ilə bağlı narazılıqlar eşidilir. Qeyd edilir ki, Moskva prosesi yubadarsa, Vaşinqtonun mövqeyində dəyişiklik ola bilər. ABŞ tərəfindən Ukraynanın 5 vilayətinin Rusiyaya verilməsi ilə bağlı məlumatın sızdırılması həm də ictimai rəyi yoxlamaq məqsədi güdürdü. Ukraynadan və dünyadan neqativ reaksiyalar həmin məlumatlarda düzəlişlərə gətirib çıxardı. Ukrayna məcburən bir çox addımları atmalıdır, ancaq Rusiyanın ərazi tələblərinin qanuniləşməsinə razı olmayacaq. Bu da prosesi çətinləşdirən məqamlardan biridir". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Aprel 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see461

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see430

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see307

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see304

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see298

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see255

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see243

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see238

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see228

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see220

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see214

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see212

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see211

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see210

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see208

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see199

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see196

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see193

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri