Mərakeşdə dinlərarası harmoniya ilə bağlı beynəlxalq konfransın açılış mərasimi keçirilib …
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin birgə təşkilatçılığı ilə dekabrın 17-də Rabat şəhərində “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.
ICESCO-nun Səfir Ofisinin Dialoq və Mədəni Müxtəliflik Administrasiyasının Xoşməramlı direktoru Səfir Xalid Fəthalrəhmanın moderatorluğu ilə keçirilən açılış sessiyasında əvvəlcə Quran tilavəti səsləndirilib, daha sonra Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Həmişə bizimləsiniz!” filmi nümayiş olunub.
ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliki rəhbərlik etdiyi qurumun konfransın həmtəşkilatçısı olmasından məmnunluq duyduğunu bildirib.
Tədbirin dünya ictimaiyyətinin diqqətini sülh və əmin-amanlığı təhdid edən amillərə, xüsusilə dinlərarası ixtilaflara çəkmək üçün əhəmiyyətli platforma olduğunu vurğulayıb.
Baş direktor, həmçinin Prezident İlham Əliyevin fəaliyyəti sayəsində bu gün Azərbaycanın konfessiyalararası, həmçinin məzhəblərarası həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin, dini-mədəni müxtəlifliyin nadir nümunələrini sərgilədiyini deyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə ICESCO arasında dinc birgəyaşayışın təşviqində əməkdaşlığın gücləndirilməsi, habelə dini icmalar və beynəlxalq aktorlar üçün sülhün möhkəmləndirilməsi istiqamətində platformanın yaradılmasının önəminə diqqət çəkib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ortaq mədəni, dini dəyərlərin, sülh və əmin-amanlığın, dinc əməkdaşlığın təmin edilməsi məqsədlərinin Azərbaycan və Mərakeş xalqlarını birləşdirdiyini deyib.
Tam oxu
Xəbəri oxu