Icma.az
close
up
RU
Mərakeşdə dinlərarası harmoniya ilə bağlı beynəlxalq konfransın açılış mərasimi keçirilib

Mərakeşdə dinlərarası harmoniya ilə bağlı beynəlxalq konfransın açılış mərasimi keçirilib

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin birgə təşkilatçılığı ilə dekabrın 17-də Rabat şəhərində “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.

ICESCO-nun Səfir Ofisinin Dialoq və Mədəni Müxtəliflik Administrasiyasının Xoşməramlı direktoru Səfir Xalid Fəthalrəhmanın moderatorluğu ilə keçirilən açılış sessiyasında əvvəlcə  Quran tilavəti səsləndirilib, daha sonra Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Həmişə bizimləsiniz!” filmi nümayiş olunub.

ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliki rəhbərlik etdiyi qurumun konfransın həmtəşkilatçısı olmasından məmnunluq duyduğunu bildirib. Tədbirin dünya ictimaiyyətinin diqqətini sülh və əmin-amanlığı təhdid edən amillərə, xüsusilə dinlərarası ixtilaflara çəkmək üçün əhəmiyyətli platforma olduğunu vurğulayıb. Baş direktor, həmçinin Prezident İlham Əliyevin fəaliyyəti sayəsində bu gün Azərbaycanın konfessiyalararası, həmçinin məzhəblərarası həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin, dini-mədəni müxtəlifliyin nadir nümunələrini sərgilədiyini deyib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə ICESCO arasında dinc birgəyaşayışın təşviqində əməkdaşlığın gücləndirilməsi, habelə dini icmalar və beynəlxalq aktorlar üçün sülhün möhkəmləndirilməsi istiqamətində platformanın yaradılmasının önəminə diqqət çəkib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ortaq mədəni, dini dəyərlərin, sülh və əmin-amanlığın, dinc əməkdaşlığın təmin edilməsi məqsədlərinin Azərbaycan və Mərakeş xalqlarını birləşdirdiyini deyib.  Komitə sədri İCESCO ilə birgə təşkil edilən tədbirin bu istiqamətdə əldə edilən uğurların, nümunəvi təcrübələrin təbliği və təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edəcəyinə inamını ifadə edib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz İslam aləmində elmin, təhsilin inkişafı, zəngin mədəni irsin qorunması sahəsində böyük işlər görən İSESCO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir.

Azərbaycanda tarixən müxtəlif dinlərin təşəkkül tapması, tolerantlıq və birgəyaşayış ənənələrinin yayılmasından da bəhs edən R.Məmmədov dünyada multikulturalizmin mərkəzi kimi tanınan, dini-milli zəmində qarşıdurmaların heç vaxt olmadığı ölkəmizin daim dinlərarası, mədəniyyətlərarası münasibətlərə töhfə verən təşəbbüslərlə çıxış etməsindən danışıb. Prezidentin təşəbbüsü ilə Azərbaycanın 2008-ci ildən başlayan “Bakı prosesi” çərçivəsində Mədəniyyətlərarası Dialoq Forumları, Dünya Dini Liderlərinin sammitləri, Bakı Beynəlxalq Humanitar Forumlarına evsahibliyi etdiyini vurğulayıb.

Komitə sədri çıxışında Azərbaycanın Birinci vitse-prezidenti, İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünya əhəmiyyətli tarixi, dini, mədəni abidələrin bərpa edilməsi istiqamətində təşəbbüsləri barədə də məlumat verib.

Əlahəzrət Kral VI Məhəmmədin müşaviri Andre Azuley çıxışında təəssüf hissi ilə bildirib ki, dünya bəzi digər aspektlərdən olduğu kimi, sivilizasiyaların və dinlərin toqquşması baxımından problemlərlə üzləşir. Dinlərarası, hətta məzhəblərarası münasibətlər xeyli dərəcədə gərginləşir, lokal konfliktlərin sayı durmadan artır. Andre Azuley vurğulayıb ki, dünya dövlətləri Mərakeş və Azərbaycanın dinc birgəyaşayış modelindən xəbərdar olmalı, öz daxili və xarici siyasətlərində bu ənənələri tətbiq etməlidirlər.

Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Rafael Hüseynov İslam sivilizasiyasını birləşdirən ortaq mənəvi  dəyərlərə,  bir çox xalqın birləşərək yaratdığı müştərək mədəni irsə diqqət çəkib. Bildirib ki, İslam dünyası zəngin və rəngarəng mədəni irsə malikdir. Azərbaycanın tarixin sınaqlarından keçmiş mötəbər dinlər və mədəniyyətlərarası dialoq modelinə, çoxmədəniyyətli mühitlərdə rahat yaşamın doğru yollarını göstərən tarixi təcrübələrinə diqqət çəkən R.Hüseynov qeyd edib ki, ölkəmizdəki konfessiyalar həmişə qarşılıqlı hörmət və anlaşma şəraitində yaşayıblar.

Tədbir çərçivəsində müxtəlif dinlərin zənginliyini və ortaq bəşəri dəyərləri,  dinlərarası harmoniyanı əks etdirən “Ortaq bəşəri dəyərlər, müxtəlif dinlər” adlı sərgi  nümayiş olunub. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Dekabr 2024 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri