Mərakeşin qələbəsindən sonra Niderlandda iğtişaşlar baş verib

30.06.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mərakeşin qələbəsindən sonra Niderlandda iğtişaşlar baş verib

DÇ-2026-nın 1/16 finalında Mərakeş millisinin qələbəsindən sonra Niderlandın bir neçə şəhərində iğtişaşlar yaşanıb.

QOL.az xəbər verir ki, bu barədə "NL Times" məlumat yayıb.

Niderland - Mərakeş matçı əsas və əlavə vaxtda 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələn Mərakeş millisi 1/8 finala yüksəlib.

Bundan sonra Amsterdam, Rotterdam və digər şəhərlərdəki mərakeşli fanatlar küçələrdə qələbəni qeyd etməyə başlayıblar. Bundan sonra şəhərlərdə iğtişaşlar yaranıb.

Mənbənin məlumatına görə, Haaqada səhərə yaxın bəzi azarkeşlər ərazidə patrul xidməti aparan polis əməkdaşlarına fişəng və daş atıblar. Buna cavab olaraq xüsusi təyinatlı polis qüvvələri kütləni dağıtmaq üçün su şırnağından istifadə edib.

Bildirilir ki, azı bir nəfər saxlanılıb. Həmçinin Amersfort şəhərində də iğtişaşların baş verdiyi qeyd olunub.

Qeyd edək ki, Mərakeş millisi DÇ-2026-nın 1/8 finalında Kanada ilə qarşılaşacaq. Görüş iyulun 4-də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью