Mərakeşin qələbəsindən sonra Niderlandda iğtişaşlar baş verib
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
DÇ-2026-nın 1/16 finalında Mərakeş millisinin qələbəsindən sonra Niderlandın bir neçə şəhərində iğtişaşlar yaşanıb.
QOL.az xəbər verir ki, bu barədə "NL Times" məlumat yayıb.
Niderland - Mərakeş matçı əsas və əlavə vaxtda 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələn Mərakeş millisi 1/8 finala yüksəlib.
Bundan sonra Amsterdam, Rotterdam və digər şəhərlərdəki mərakeşli fanatlar küçələrdə qələbəni qeyd etməyə başlayıblar. Bundan sonra şəhərlərdə iğtişaşlar yaranıb.
Mənbənin məlumatına görə, Haaqada səhərə yaxın bəzi azarkeşlər ərazidə patrul xidməti aparan polis əməkdaşlarına fişəng və daş atıblar. Buna cavab olaraq xüsusi təyinatlı polis qüvvələri kütləni dağıtmaq üçün su şırnağından istifadə edib.
Bildirilir ki, azı bir nəfər saxlanılıb. Həmçinin Amersfort şəhərində də iğtişaşların baş verdiyi qeyd olunub.
Qeyd edək ki, Mərakeş millisi DÇ-2026-nın 1/8 finalında Kanada ilə qarşılaşacaq. Görüş iyulun 4-də keçiriləcək.
Baxış sayı:183
Bu xəbər 30 İyun 2026 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















