Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır. Bu gün Misli premyer-liqasında 31-ci tura start veriləcək.
Bu o deməkdi ki, elitada qalmaq uğrunda mübarizə aparan və avrokuboklara vəsiqə qazanmaq istəyən komandaların cəmi altı sınağı qalıb.
Bu üzdən onlar hər matça daha məsuliyyətli yanaşmalı və nəticənin sərfəli olması üçün əlindən gələndən artığını etməlidi.
Düzdü, “Səbail” üçün mövsümün bədbin notda başa çatacağını demək olar.
Bayıl təmsilçisinin yalnız riyazi şansı qalıb ki, xal fərqini xeyli artıran “Kəpəz”lə “Sumqayıt”ın bundan sonra büdrəyəcəyini gözləməyə dəyməz.
“Qarabağ”ın çempionluğu da şübhə doğurmur. Sonrakı üç pillə uğrunda mübarizə isə hələ davam edir.
Aşağıda bəhs edəcəyimiz oyun məhz bu baxımdan çox önəmlidi.Misli premyer-liqası4-cü dövrə, 31-ci tur18 aprelAraz-Naxçıvan – Turan Tovuz“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyunların balansı: 2:+1=0-1, 1:1.2023/24 – 0:1; 2024/25 – 1:0.Cəzalı: yoxdu.“Futbol+”in proqnozu: 40-30-30.Bakı, “Liv Bona Dea Arena”.
Saat 19.00.Bu oyunla bağlı vacib məqamlar var. Təbii ki, “Turan Tovuz” qələbəyə daha çox can atacaq.