Icma.az
close
up
RU
Mərdəkanda Baxşiyevlə Berdıyevin dueli olacaq

Mərdəkanda Baxşiyevlə Berdıyevin dueli olacaq

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Bu gün Misli premyer-liqasında 31-ci tura start veriləcək.

Bu o deməkdi ki, elitada qalmaq uğrunda mübarizə aparan və avrokuboklara vəsiqə qazanmaq istəyən komandaların cəmi altı sınağı qalıb. Bu üzdən onlar hər matça daha məsuliyyətli yanaşmalı və nəticənin sərfəli olması üçün əlindən gələndən artığını etməlidi. Düzdü, “Səbail” üçün mövsümün bədbin notda başa çatacağını demək olar. Bayıl təmsilçisinin yalnız riyazi şansı qalıb ki, xal fərqini xeyli artıran “Kəpəz”lə “Sumqayıt”ın bundan sonra büdrəyəcəyini gözləməyə dəyməz. “Qarabağ”ın çempionluğu da şübhə doğurmur. Sonrakı üç pillə uğrunda mübarizə isə hələ davam edir. Aşağıda bəhs edəcəyimiz oyun məhz bu baxımdan çox önəmlidi.
Misli premyer-liqası
4-cü dövrə, 31-ci tur
18 aprel
Araz-Naxçıvan – Turan Tovuz

“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyunların balansı: 2:+1=0-1, 1:1.
2023/24 – 0:1; 2024/25 – 1:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Bakı, “Liv Bona Dea Arena”. Saat 19.00.
Bu oyunla bağlı vacib məqamlar var. Təbii ki, “Turan Tovuz” qələbəyə daha çox can atacaq. Axı “Araz-Naxçıvan” ölkə kuboku vasitəsi ilə də avrokuboklara vəsiqəyə iddialıdı. Düzdü, “qırmızı-ağlar”ın kuboku qazanıb-qazanmayacağı dəqiq deyil. Tarixində ilk dəfə ölkəmizi avrokuboklarda təmsil etmək niyyətində olan “qırmızı-ağlar” həm də mövsümü ilk “3-lük”də bitirməyə çalışır ki, necə deyərlər, gələcəyi “sığortalasın”. Amma onlar “Kəpəz”lə Tovuzdakı oyundan “sülh”lə ayrılmaqla bu yöndə şansını bir qədər azaltdı. Əlbəttə, Elmar Baxşıyevin komandasının xal itirməsi “Turan Tovuz” üçün şad xəbərdi. “Bozqurd” evdə “Sabah”ı məğlub etməklə iddialı rəqibinin premyer-liqa yoluyla avrokuboklara yollanmaq ehtimalını, demək olar ki, sıfra endirdi. Axı Masazır təmsilçisinin qalan 6 matçda 11 xallıq fərqi aradan qaldırması, bununla paralel ölkə kubokunda uğurlu nəticə qazanması mümkünsüzdü. Belədə tovuzlular üçün “yaşıl işıq yanıb” ki, bundan maksimum istifadə etmək lazımdı. Odu ki, Kurban Berdıyevin komandası da Mərdəkanda məhz qələbə uğrunda döyüşəcək. Naxçıvanlılar isə təbii ki, buna imkan verməməlidi. “Qırmızı-ağlar” uduzsa, “bozqurd”la aradakı xal fərqi 2-yə enəcək ki, növbəti oyunlarda “Turan Tovuz”un ilk “üçlüy”ə yüksəlməsi üçün ciddi maneə qalmayacaq. Ümumiyyətlə, bu matçı hər iki komanda üçün mövsümün ən taleyüklü sınaqlarından bir kimi xarakterizə edə bilərik. O başqa məsələ ki, Berdıyev belə əhəmiyyətli matçda cəzalı durumdadı. Hər halda, cümə gününü iplə çəkməyə dəyər!
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Aprel 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri