Mərhumun ruhuna ehtiram süfrənin bolluğunda deyil, duanın səmimiyyətindədir | Icma.az
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. “İnsanın həyatda yaşadığı ən ağır an – doğmasını itirdiyi gündür.
O anda sözlər bitir, yalnız sükut, dua və mərhəmət qalır. Yas mərasimi bu sükutun, bu ehtiramın ifadəsi olmalıdır.
Təəssüf ki, çox vaxt mərhumun xatirəsini yad etmək əvəzinə, yas mərasimləri dəbdəbəyə və israfçılığa çevrilir”.
Ölkə.Az xəbər verir ki, bunu Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib.
O bildirib ki, mərhumun ruhuna ehtiram süfrənin bolluğunda deyil, duanın səmimiyyətindədir: “Kədərin ortasında israf baş qaldırır, mərhəmətin yerini nümayiş tutur.
Halbuki bizim milli-mənəvi köklərimiz də, dini dəyərlərimiz də tam əksini deyir.
İslam “Ye, iç, lakin israf etmə” prinsipi ilə sadəliyi buyurur. Ənənələrimizdə də böyüklük təmtəraqda yox, təvazökarlıqda ölçülüb.
Mərhumun ruhuna ehtiram süfrənin bolluğunda deyil, duanın səmimiyyətindədir. Əslində, yas insanın faniliyini dərk etdiyi məqamdır.
Tam oxu
Xəbəri oxu