Icma.az
close
up
RU
Mərhumun ruhuna ehtiram süfrənin bolluğunda deyil, duanın səmimiyyətindədir

Mərhumun ruhuna ehtiram süfrənin bolluğunda deyil, duanın səmimiyyətindədir

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İnsanın həyatda yaşadığı ən ağır an – doğmasını itirdiyi gündür. O anda sözlər bitir, yalnız sükut, dua və mərhəmət qalır. Yas mərasimi bu sükutun, bu ehtiramın ifadəsi olmalıdır. Təəssüf ki, çox vaxt mərhumun xatirəsini yad etmək əvəzinə, yas mərasimləri dəbdəbəyə və israfçılığa çevrilir”.

Ölkə.Az xəbər verir ki, bunu Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib. O bildirib ki, mərhumun ruhuna ehtiram süfrənin bolluğunda deyil, duanın səmimiyyətindədir:

“Kədərin ortasında israf baş qaldırır, mərhəmətin yerini nümayiş tutur. Halbuki bizim milli-mənəvi köklərimiz də, dini dəyərlərimiz də tam əksini deyir. İslam “Ye, iç, lakin israf etmə” prinsipi ilə sadəliyi buyurur. Ənənələrimizdə də böyüklük təmtəraqda yox, təvazökarlıqda ölçülüb. Mərhumun ruhuna ehtiram süfrənin bolluğunda deyil, duanın səmimiyyətindədir.

Əslində, yas insanın faniliyini dərk etdiyi məqamdır. Bu məqamda insanın ehtiyacı nə qədər yeməyin verildiyi, neçə növ təamın hazırlandığı deyil, yaxınlarının yanında olması, təsəlli sözüdür. Amma illərlə formalaşmış yanlış təzyiq var: “qonşu necə etdi, biz də ondan geri qalmamalıyıq.” Bu sosial yarış ailələri borca sürükləyir, illərlə ödənilən xərclərə çevirir. Yas mərasimi yükdən azad etməli olduğu halda, özü yükə çevrilir. İnsanların qəlbində mərhəmət azalmır, amma forma dəyişir və nəticədə mərasim səmimiyyətini itirir”.

Hüquqşünas yas mərasimlərinə xərclənən pulların iqtisadi nəticələrindən də söz açıb:

“Yas mərasimlərinə xərclənən pullar milyonlarla manata çatır. Halbuki həmin vəsait uşaqların təhsilinə, gənc ailələrin mənzil probleminin həllinə, kiçik bizneslərin qurulmasına sərmayə ola bilərdi. İsrafçılıq təkcə ailə büdcəsini deyil, bütövlükdə milli iqtisadi dayanıqlığı zəiflədir. Hər dəbdəbəli süfrənin arxasında gizli borc yükü var və bu borcu illərlə ödəyən insanlar var.
Həll yolu isə qadağalarda deyil, şüurun dəyişməsindədir. Restoranların şəffaf qiymət siyasəti, din xadimlərinin sadəliyi təbliğ etməsi, ziyalıların nümunə göstərməsi, medianın dəbdəbəni yox, sadə mərasimləri işıqlandırması mühüm addımlardır. Əsl islahat buradan başlanır – cəmiyyətin öz razılığından, könüllü etik kodeksdən”. 

Ə.Nuriyev hesab edir ki,  sadıə ehsanla kifayətlənmək sosial normalarını sağlamlaşdıra bilər:

“Yas mərasimlərini sadə dua və xatirə toplantısı kimi keçirmək, 3, 7, 40 və il mərasimlərini birləşdirmək, təmtəraqlı süfrə əvəzinə sadə ehsanla kifayətlənmək, “məcburi pay” təzyiqini aradan qaldırmaq həm ailələrin yükünü yüngülləşdirər, həm də cəmiyyətin sosial normalarını sağlamlaşdırar.

Yas mərhumun ruhuna ehtiramdır. Yas mərhəmətin ən saf ifadəsidir. İsrafçılıq isə mərhəmətin üzərinə kölgə salır. Bu kölgəni dağıtmaq bizim həm fərdi, həm ictimai, həm də mənəvi borcumuzdur. Gəlin elə bir cəmiyyət quraq ki, yas mərasimlərimizdə kədər də, mərhəmət də səmimi olsun, dəbdəbə yox. Yas mərhəmət olsun, dəbdəbə yox. Xatirə qalsın, israf yox olsun”.

Qeyd edək ki, son günlərdə Samuxda ehsan verilmədiyi üçün insanların yas yerinə getmədiyini əks etdirən görüntülər yayılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Billurə Yunus

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Sentyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri