Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərar verəcək | Icma.az
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq. Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə, yəni oktyabrın 22-də növbəti dəfə uçot faiz dərəcəsi
"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir. Mərkəzi Bank sonuncu dəfə iyul ayının 23-də son bir ildə ilk dəfə olaraq uçot dərəcə
Sonuncu qərarında, yəni sentyabrın 10-da uçot dərəcəsini sabit saxlayıb.
AMB qeyd edib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar faktiki inflyasiyanın dəyişimi, oktyabrda yenilənəcək makroiqtisadi proqnozlar, eyni zamanda xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcəkdir.
Proqnozlar yenilənərkən 2025-ci ilin qalan dövrü və 2026-cı il üzrə dövlət xərclərinin gözlənilən dinamikası da nəzərə alınacaqdır.
Xatırladaq ki, Niderlandın ən böyük maliyyə qrupu ING avqust ayının əvvəlində Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini qarşıdakı bir ildə sabit saxlayacağını proqnozlaşdırdığını açıqlayıb.
"Fitch Solutions" isə hesab edir ki, AMB oktyabrın 22-si və ya dekabrın 10-da uçot faiz dərəcəsini 0,25% bəndi azaldaraq 6,75% səviyyəsinə endirə bilər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu