Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə, yəni oktyabrın 22-də növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.
"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir. Mərkəzi Bank sonuncu dəfə iyul ayının 23-də son bir ildə ilk dəfə olaraq uçot dərəcəsini 7,25%-dən 7%-ə endirib. Sonuncu qərarında, yəni sentyabrın 10-da uçot dərəcəsini sabit saxlayıb.
AMB qeyd edib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar faktiki inflyasiyanın dəyişimi, oktyabrda yenilənəcək makroiqtisadi proqnozlar, eyni zamanda xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcəkdir. Proqnozlar yenilənərkən 2025-ci ilin qalan dövrü və 2026-cı il üzrə dövlət xərclərinin gözlənilən dinamikası da nəzərə alınacaqdır.
Xatırladaq ki, Niderlandın ən böyük maliyyə qrupu ING avqust ayının əvvəlində Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini qarşıdakı bir ildə sabit saxlayacağını proqnozlaşdırdığını açıqlayıb. "Fitch Solutions" isə hesab edir ki, AMB oktyabrın 22-si və ya dekabrın 10-da uçot faiz dərəcəsini 0,25% bəndi azaldaraq 6,75% səviyyəsinə endirə bilər.
Baxış sayı:73
Bu xəbər 20 Oktyabr 2025 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















