Mərkəzi Bank uçot dərəcəsini artırmaq əvəzinə azaltdı Dollar bahalana bilərmi? | Icma.az
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyəti bu gün uçot dərəcəsini 0,25 faiz bəndi azaldılaraq 7,25 %-dən 7 %-ə endirilməsi barədə qərar qəbul edib.
Yeniavaz.com xəbər verir ki, uçot faiz dərəcəsi sonuncu dəfə 2024-cü ilin may ayının 2-də dəyişdirilib.
Qeyd edək ki, həmin tarixdə uçot dərəcəsi 0,25 faiz bəndi azaldılaraq 7,25% səviyyəsinə düşürülüb.
Bu tarixdən sonra Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsi ilə bağlı 8 iclas keçirib və dərəcəni dəyişməz saxlayıb.
Xatırladaq ki, uçot dərəcəsinin dəyişdirilməsində əsas məqsədlərdən biri inflyasiya səviyyəsini nizamlamaqdan ibarətdir.
Uçot faiz dərəcəsi və ya yenidən maliyyələşmə dərəcəsi Mərkəzi Bankların ölkənin digər banklarını və maliyyə qurumlarını pul kütləsi ilə təmin etməsidir.
Yəni Mərkəzi Bank banklara və digər maliyyə qurumlarına müəyyən müddət üçün pul verir və onlar həmin pulu geri ödəyərkən üzərində uçot faiz dərəcəsi həcmində əlavə vəsait qaytarırlar.
Tam oxu
Xəbəri oxu