Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Mərkəzi Bank uçot dərəcəsini artırmaq əvəzinə azaltdı Dollar bahalana bilərmi?

Mərkəzi Bank uçot dərəcəsini artırmaq əvəzinə azaltdı Dollar bahalana bilərmi?

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyəti bu gün uçot dərəcəsini 0,25 faiz bəndi azaldılaraq 7,25 %-dən 7 %-ə endirilməsi barədə qərar qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, uçot faiz dərəcəsi sonuncu dəfə 2024-cü ilin may ayının 2-də dəyişdirilib.
Qeyd edək ki, həmin tarixdə uçot dərəcəsi 0,25 faiz bəndi azaldılaraq 7,25% səviyyəsinə düşürülüb. Bu tarixdən sonra Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsi ilə bağlı 8 iclas keçirib və dərəcəni dəyişməz saxlayıb.
Xatırladaq ki, uçot dərəcəsinin dəyişdirilməsində əsas məqsədlərdən biri inflyasiya səviyyəsini nizamlamaqdan ibarətdir. Uçot faiz dərəcəsi və ya yenidən maliyyələşmə dərəcəsi Mərkəzi Bankların ölkənin digər banklarını və maliyyə qurumlarını pul kütləsi ilə təmin etməsidir. Yəni Mərkəzi Bank banklara və digər maliyyə qurumlarına müəyyən müddət üçün pul verir və onlar həmin pulu geri ödəyərkən üzərində uçot faiz dərəcəsi həcmində əlavə vəsait qaytarırlar. Məsələn, mövcud uçot faiz dərəcəsinə (7%) uyğun olaraq Mərkəzi Bankdan 100 min manat götürən hər hansı bank bu vəsaiti bir ildən sonra geri qaytararkən 100 min manatdan əlavə olaraq 7 min manat ödəməli olacaq.
Mərkəzi Banklar bu üsuldan istifadə edərək dövriyyədəki nağd pul kütləsini azaltmağa və bununla da inflyasiyanı cilovlamağa çalışırlar. Bu səbəbdən də uçot dərəcəsi inflyasiya səviyyəsinə uyğun şəkildə dəyişir. İnflyasiya artdıqca, faiz dərəcəsi də artırılır, azaldıqca, endirilir.
Lakin maraqlıdır ki, Azərbaycanda inflyasiya artdığı bir vaxtda Mərkəzi Bank uçot dərəcəsinin azaldılması barədə qərar qəbul edib. Belə ki, ötən ilin sonunda Azərbaycanda 12 aylıq inflyasiya 4,9% olduğu halda, bu ilin may ayında 6,3%-ə yüksəlib. Bu, 19 aydan sonra qeydə alınan ən yüksək göstərici olub.
İnflyasiya səviyyəsi sonuncu dəfə 2023-cü ilin avqust ayında bu göstəricidən yüksək olub.
Mərkəzi Bankın 2025-ci ilin aprel ayında yenilənən proqnozlarına görə illik inflyasiyanın cari ildə 5,3%, 2026-cı ildə isə 4,3% ətrafında olacağı gözlənilir. Göründüyü kimi, illik inflyasiya Mərkəzi Bankın proqnozundan da yüksək olub.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, inflyasiya artdığı halda uçot dərəcəsinin azalması onu göstərir ki, inflyasiya daxili deyil, xarici amillərlə bağlıdır:
“Belə bir vəziyyətdə, uçot dərəcəsinin sabit saxlanılmasının, ya da artırılmasının heç bir mənası qalmır. Adətən uçot dərəcəsinin artırılması, əsasən istehlak xərclərini azaltmaq, yəni daxili tələbi azaltmaq üçündür. Amma problem xaricdən gəlirsə, tələbi azaltmaq heç nəyi dəyişmir. Yəni, uçot dərəcəsini artırsan da, çörəyin qiyməti düşməyəcək, çünki buğda xaricdən gəlir və onun da qiymətini biz deyil, satanlar müəyyən edir. Görünür, Mərkəzi Bank da bunu nəzərə alaraq uçot dərəcəsini azaldaraq iqtisadiyyatda canlanma yaratmaq istəyir”.

Allahverdi Aydın
İqtisadçı qeyd edir ki, son zamanlar kredit faizlərində artımlar müşahidə olunurdu:
“Uçot dərəcəsinin azaldılmasının səbəblərindən biri də bu ola bilər. Xüsusən də biznes və daşınmaz əmlak kreditlərinə maraq azalmaqdadır. Yüksək fazilər səbəbindən insanlar kredit almağa çəkinirlər. Məslənən, nümunə üçün deyə bilərəm ki, ölkənin ən böyük özəl bankı olan “Kapital Bankı”ın biznes kreditləri son 3 ayda 0,2% azalıb. Başqa bir aparıcı bankda – “Paşa Bank”da isə biznes kreditləri 1,9% azalıb. “Kapital Bankı”ın daşınmaz əmlak kreditləri də son 3 ayda azalıb. Uçot dərəcəsinin azaldılmasından sonra bankların kredit fazilərində də enmələr baş verə bilər”.
İqtisadçı-ekspert uçot dərəcəsinin azaldılmasının manatın məzənnəsinə təsirinə də münasibət bildirib. Onun sözlərinə görə, uçot dərəcəsinin azaldılmasının manat üzərində daha çox psixoloji təsirləri olacaq:
“İnflyasiyanın artdığı bir zamanda uçot dərəcəsinin azaldılmasından belə başa düşülür ki, Mərkəzi Bank artıq inflyasiya ilə daha az mübarizə aparmaq niyyətindədir. Bu isə gələcəkdə manatın dəyər itirməsi ilə bağlı gözləntiləri artırır”.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 23 İyul 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see284

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see217

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see200

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see195

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see188

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see188

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see177

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see168

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see162

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see157

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see154

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see154

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see152

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see152

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri