Mərkəzi Elmi Kitabxanada yeni fəaliyyət: “MEK könüllüləri” hərəkatı | Icma.az
Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hüseyn Hüseynov: “Kitabxana xidmətlərimizin daha dinamik olmasına çalışırıq” Könüllülük hərəkatı indiki dövrdə gənclərin istər öz sahələri, istərsə də onlar üçün maraqlı olan sahələrdə irəliləmələri, öz bacarıqlarını nümayiş etdirmələri üçün dəstək olur.
Onlar gənc yaşda hər hansısa bir qurumda könüllü fəaliyyət göstərərək könüllülük müddətində həm çalışdıqları quruma fayda verirlər, həm də sonradan iş mühitində daha aktiv, çevik, gördükləri işdə onlardan tələb olunanları artıq mənimsəmiş olurlar.
Respublikamızda artıq illərdir davam edən bu hərəkat öz faydasını verir və onun əhatə dairəsi zaman keçdikcə çoxalır.
Onu da vurğulamaq lazımdır ki, ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi bir çox gənc üçün təkanverici amil, dəstək olub.
Eləcə də Azərbaycanda mütəmadi olaraq Azərbaycan könüllülərinin həmrəylik forumları keçirilir və hər dəfə bu forumların iştirakçılarına Azərbaycan Prezidenti müraciət ünvanlayır.
Könüllülük hərəkatı artıq Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) da tətbiq edilir. Hətta AMEA sistemində ilk dəfə olaraq keçirilir.
Belə ki, ötən il AMEA-nın Mərkəzi Elmi Kitabxanasında başlayan “MEK könüllüləri” hərəkatında müsbət nəticələr əldə olunub.
Tam oxu
Xəbəri oxu