Icma.az
close
up
RU
Mərkəzi Elmi Kitabxanada yeni fəaliyyət: “MEK könüllüləri” hərəkatı

Mərkəzi Elmi Kitabxanada yeni fəaliyyət: “MEK könüllüləri” hərəkatı

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hüseyn Hüseynov: “Kitabxana xidmətlərimizin daha dinamik olmasına çalışırıq”

Könüllülük hərəkatı indiki dövrdə gənclərin istər öz sahələri, istərsə də onlar üçün maraqlı olan sahələrdə irəliləmələri, öz bacarıqlarını nümayiş etdirmələri üçün dəstək olur. Onlar gənc yaşda hər hansısa bir qurumda könüllü fəaliyyət göstərərək könüllülük müddətində həm çalışdıqları quruma fayda verirlər, həm də sonradan iş mühitində daha aktiv, çevik, gördükləri işdə onlardan tələb olunanları artıq mənimsəmiş olurlar.

Respublikamızda artıq illərdir davam edən bu hərəkat öz faydasını verir və onun əhatə dairəsi zaman keçdikcə çoxalır.

Onu da vurğulamaq lazımdır ki, ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi bir çox gənc üçün təkanverici amil, dəstək olub. Eləcə də Azərbaycanda mütəmadi olaraq Azərbaycan könüllülərinin həmrəylik forumları keçirilir və hər dəfə bu forumların iştirakçılarına Azərbaycan Prezidenti müraciət ünvanlayır.

Könüllülük hərəkatı artıq Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) da tətbiq edilir. Hətta AMEA sistemində ilk dəfə olaraq keçirilir. Belə ki, ötən il AMEA-nın Mərkəzi Elmi Kitabxanasında başlayan “MEK könüllüləri” hərəkatında müsbət nəticələr əldə olunub. İndi isə Mərkəzi Elmi Kitabxanada bu hərəkatın ikincisi başlayıb.

Mərkəzi Elmi Kitabxananın “MEK könüllüləri” hərəkatı haqqında qurumun direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov “Xalq Cəbhəsi”nə danışıb.

-Hüseyn müəllim, rəhbəri olduğunuz Mərkəzi Elmi Kitabxanada başlayan könüllülük hərəkatı haqqında ümumi məlumat verərdiniz.

-Bildirim ki, “MEK könüllüləri” hərəkatı 9 iyun 2009-cu il tarixli “Könüllü fəaliyyət haqqında” Azərbaycan Republikasının Qanunu əsasında ötən ildən fəaliyyətə başlayıb. Məqsədimiz gənclərə kitabxana işi sahəsində praktiki bilikləri öyrətməklə onların peşəkar kitabxanaçı kimi formalaşmasına tövhə vermək, kitabxana işinin effektivliyinin yüksəldilməsində gənclərin iştirakını yaxından təmin etməkdir. Qeyd edim ki, könüllülərin seçimi müsabiqə əsasında həyata keçirilir. Seçimdə intizamlılıq, işgüzarlıq, operativlik, kompüter və dil biliyi, eləcə də ixtisas uyğunluğuna önəm verilir. Seçilmiş könüllülər proqram çərçivəsində müxtəlif sosial bacarıqların və əmək vərdişlərinin inkişafına yönəlmiş təlimlərdə iştirak edirlər. Proqramı müvəffəqiyyətlə yekunlaşdıran könüllülərə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası tərəfindən sertifikat və birillik oxucu bileti təqdim olunur. Xüsusi aktivliyi ilə seçilən könüllülərə isə əlavə olaraq tövsiyə məktubu verilir.

-Bəs Mərkəzi Elmi Kitabxanada budəfəki könüllülük hərəkatı ilə ötən dəfəki arasında nə kimi fərqlər olacaq?

-Əvvəla, onu deyim ki, ötən ildən könüllülərin Mərkəzi Elmi Kitabxananın fəaliyyətinə cəlb edilməsi kitabxana xidmətlərini daha geniş auditoriyaya təqdim etmək, ictimaiyyətlə daha sıx əlaqə qurmaq baxımından əhəmiyyətli oldu. Bu il də çalışacağıq ki, könüllülərin iştirakı ilə kitabxana xidmətlərimiz daha dinamik, sosialyönümlü olsun. Budəfəki könüllülük proqramında gənclərin daha çox layihələrdə iştirakını nəzərdə tutmuşuq. Əvvəlki proqramda əsasən ümumi kitabxana fəaliyyəti idisə, bu dəfə könüllülər əlavə olaraq elmi, mədəni və sosial layihələrdə də iştirak edəcəklər. Xüsusilə, elmi seminarlarda, kitab təqdimatlarında könüllülərin rolu artırılacaq. Biz elmi məlumat bazaları ilə işləmə bacarıqlarını artırmağa və kitabxana xidmətlərini daha effektiv təşkil etməyə kömək edəcək interaktiv təlimlərin keçirilməsinə önəm verəcəyik. Bir sözlə, cari ildə könüllülər üçün təlim proqramı daha da genişləndiriləcək.

-İkinci, yəni budəfəki könüllülük proqramı nə qədər vaxtı əhatə edəcək?

-Cari ildə də Mərkəzi Elmi Kitabxanada könüllülük proqramı üç ay müddətinə təşkil ediləcək. Könüllülər artıq martın 3-dən etibarən gündəlik üç növbədə - birinci növbə saat 10:00-dan 13:00-dək, ikinci növbə saat 14:00-dan 17:00-dək və üçüncü növbə isə saat 18:00-dan 21:00-dək olmaqla fəaliyyətə başlayıb. İnanıram ki, bu il də Mərkəzi Elmi Kitabxananın könüllülük proqramı gəncləri elm, mədəniyyət və sosial xidmət sahələrində aktiv şəkildə iştirak etməyə kömək edəcək. Qeyd edim ki, könüllülük proqramı Mərkəzi Elmi Kitabxanada mütəmadi olaraq təşkil ediləcək. Fürsətdən istifadə edib, gəncləri növbəti könüllülük fəaliyyətimizdə iştirak etməyə dəvət edirik.

-Çox sağ olun, Hüseyn müəllim, fəaliyyətinizdə uğurlar diləyirik.

-Təşəkkür edirəm, siz də sağ olun.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 Mart 2025 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri