Sia Az saytına istinadən Icma.az xəbər verir. 93 yaşlı pasiyent ev şəraitində yıxılma nəticəsində çanaq sümüyünün sınığı və şiddətli ağrılar
Ortopedik cərrahi müdaxilə öncəsi aparılan geniş tibbi dəyərləndirmə zamanı pasiyentdə bir sıra həyati təhlükəli kardiovaskulyar problemlər
Belə ki, ürək damarında ciddi daralma, aorta qapağında kritik stenoz (gradient 110 mmHg) və böyrək arteriyasında ağır dərəcəli daralma müəyy
Geniş konsilium zamanı yüksək risk nəzərə alınaraq, ilk mərhələdə kardioloji problemlərin aradan qaldırılması barədə qərar qəbul edilib.
Eyni seans çərçivəsində Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu və onun komandası tərəfindən pasiyentin ürək damarına stent yerləşdirilərək qan axını bərpa olunub, ardınca Transkateter Aorta Qapağı İmplantasiyası (TAVİ) əməliyyatı uğurla icra edilərək yeni aorta qapağı yerləşdirilib.
Daha sonra böyrək arteriyasındakı kritik daralma da endovaskulyar üsulla aradan qaldırılıb.
Kardioloji vəziyyəti stabilləşdirildikdən iki gün sonra pasiyentə travmatoloji cərrahi müdaxilə həyata keçirilib.
Bud-çanaq nahiyəsində aparılan əməliyyat travmatoloq-cərrah Ramin Rzayev tərəfindən uğurla icra olunub.