Mərkəzi Gömrük Hospitalında mürəkkəb kardioloji və travmatoloji problemləri olan 93 yaşlı pasiyent uğurla müalicə olunub
Sia Az saytına istinadən Icma.az xəbər verir.
93 yaşlı pasiyent ev şəraitində yıxılma nəticəsində çanaq sümüyünün sınığı və şiddətli ağrılarla xəstəxanaya müraciət etmişdir. Ortopedik cərrahi müdaxilə öncəsi aparılan geniş tibbi dəyərləndirmə zamanı pasiyentdə bir sıra həyati təhlükəli kardiovaskulyar problemlər aşkar olunub. Belə ki, ürək damarında ciddi daralma, aorta qapağında kritik stenoz (gradient 110 mmHg) və böyrək arteriyasında ağır dərəcəli daralma müəyyən edilib.
Geniş konsilium zamanı yüksək risk nəzərə alınaraq, ilk mərhələdə kardioloji problemlərin aradan qaldırılması barədə qərar qəbul edilib.
Eyni seans çərçivəsində Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu və onun komandası tərəfindən pasiyentin ürək damarına stent yerləşdirilərək qan axını bərpa olunub, ardınca Transkateter Aorta Qapağı İmplantasiyası (TAVİ) əməliyyatı uğurla icra edilərək yeni aorta qapağı yerləşdirilib. Daha sonra böyrək arteriyasındakı kritik daralma da endovaskulyar üsulla aradan qaldırılıb.
Kardioloji vəziyyəti stabilləşdirildikdən iki gün sonra pasiyentə travmatoloji cərrahi müdaxilə həyata keçirilib. Bud-çanaq nahiyəsində aparılan əməliyyat travmatoloq-cərrah Ramin Rzayev tərəfindən uğurla icra olunub. Müalicənin bütün mərhələləri problemsiz keçib və pasiyent qısa müddətdə ağrısız şəkildə evə buraxılıb.
Bu mürəkkəb klinik vəziyyətin uğurla idarə olunması anestezioloqlar, kardioloqlar, invaziv mütəxəssislər və cərrahlar daxil olmaqla bütün tibbi heyətin yüksək peşəkarlığının və koordinasiyalı komanda işinin bariz nümunəsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 21 Yanvar 2026 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















