Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Bakının Nizami rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 23-də baş verib. Ağcabədi rayon sakini, 1986-cı il təvəllüdlü Mikayıl həmin gün saat 12 radələrində dönərçi işlədiyi “Mersin dönər” adlı restoranda kuryer işləyən Nail işlərin çox olduğu zaman işləməyib, iş yerini özbaşına tərk edib. Bu zaman o, Naili izləyib və rayonunun Q Qarayev prospektində ona yaxınlaşaraq işə qayıtmasını tələb edib. Bu zaman Mikayıl Naildən rədd cavabı aldıqdan sonra heç bir əsaslı səbəb olmadan ictimai yer olan həmin ünvanda onun ünvanına nalayiq ifadələr işlədib, qəflətən yumruğu ilə onun sifətinin çənə nahiyəsinə bir dəfə vurub.
Hadisəni törədən Mikayılın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Mikayıl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, “Mersin” restoranında dönərçi işləyir, Nail isə həmin kafedə kuryer işləyir:
“Kafedə müdirin olmadığı zaman sifarişləri mən qəbul edib, onların çatdırılmasına nəzarət edirəm. İyulun 23-də, günorta saat 12 radələrində sifarişlərin çox olan zaman Nailin iş yoldaşım ilə zarafatlaşdığını, işləmək istəmədiyini gördüm. Ona izah elədim ki, işləmək istəmirsə, bunu müdiriyyətə bildirsin, işdən çıxsın. Bu səbəbdən aramızda sözlü mübahisə yarandı. Daha sonra Nail kafedən çıxaraq getdi. Nailin işini yarımçıq qoyaraq getməsinə əsəbləşdim, onun arxası ilə getdim. Q.Qarayev prospekti, “Dominos Pizza” restoranının arxasında Nailə yaxınlaşdım, onun işi qoyaraq getməsinə əsəbləşdim, ona qarşı nalayiq ifadə işlətdim. Nail də mənə cavab qaytardı. Mən Naili baş nahiyəsindən yumruqla vurdum. Daha sonra biz ayrıldıq. Mən işlədiyim yerə geri qayıtdım”.
Nizami Rayon Məhkəməsinin hökmü ilə Mikayıl 1200 manat məbləğində cərimə cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 23-də baş verib. Ağcabədi rayon sakini, 1986-cı il təvəllüdlü Mikayıl həmin gün saat 12 radələrində dönərçi işlədiyi “Mersin dönər” adlı restoranda kuryer işləyən Nail işlərin çox olduğu zaman işləməyib, iş yerini özbaşına tərk edib. Bu zaman o, Naili izləyib və rayonunun Q Qarayev prospektində ona yaxınlaşaraq işə qayıtmasını tələb edib. Bu zaman Mikayıl Naildən rədd cavabı aldıqdan sonra heç bir əsaslı səbəb olmadan ictimai yer olan həmin ünvanda onun ünvanına nalayiq ifadələr işlədib, qəflətən yumruğu ilə onun sifətinin çənə nahiyəsinə bir dəfə vurub.